İsrail Hizbullah tərksilah olunana qədər Livanın cənubunda qalmaq niyyətindədir
Newscenter.az saytına istinadən Icma.az xəbər verir.
İsrail Şiə Hizbullah hərəkatının militant qanadı silahsızlaşdırılana və şimali İsrail sakinlərinin təhlükəsizliyi təmin edilənə qədər Livanın cənubundakı təhlükəsizlik zonasından qüvvələrini çıxarmayacaq.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu İsrail müdafiə naziri İsrael Katz deyib. Onun sözlərinə görə, İsrail dövlətini məhv etməyə çalışan terrorçu Hizbullahın yaratdığı təhdidlərdən şimali İsrail sakinlərini qorumaq haqqları vəzifələridir:
"Biz Livandakı təhlükəsizlik zonasında qalacağıq və Hizbullah bütün Livanda silahsızlaşdırılana və şimali İsrail sakinlərinə qarşı təhdid aradan qaldırılana qədər lazım olduğu qədər orada fəaliyyət göstərəcəyik".
Katzın sözlərinə görə, İsrail Livana girmək üçün heç kimdən icazə istəməyib və Livanda qalmaq üçün də icazə istəməyə ehtiyac duymur.
Anar
Bu mövzuda digər xəbərlər:İsrail Livanın cənubunda “Hizbullah” üzvünün zərərsizləşdirildiyini açıqlayıb
11 Sentyabr 2025 22:22
İsrail ordusu Livanın cənubunda “Hizbullah” döyüşçüsünü zərərsizləşdirib
13 Fevral 2026 06:15
Hizbullah Livanın cənubunda İsrail texnikasını hədəfə alıb
06 Mart 2026 20:37
İsrail Livanın cənubunda Hizbullah a zərbə endirdi
25 Mart 2026 15:03
İsrail Livanın cənubunda “Hizbullah” obyektlərinə zərbələr endirib
11 İyul 2026 21:03
Baxış sayı:68
Bu xəbər 09 İyul 2026 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















