İsrail Qəzzadan fələstinlilərin əksəriyyətinin köçürülməsinə hazır olduğunu açıqlayıb
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 3 sentyabr, AZƏRTAC
İsrail Qəzzada müharibədən sonrakı dövr üçün yerli əhalinin kütləvi şəkildə köçürülməsini ən yaxşı həll yolu hesab edir və fələstinlilərin anklavdan təşkil edilmiş şəkildə çıxarılması üçün şərait yaratmağa hazırdır.
AZƏRTAC xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Kats “The Times of Israel” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu planın həyata keçirilməsi üçün ABŞ Prezidenti Donald Trampın razılığı gözlənilir. Kats Qəzzada vəziyyətin həlli üçün fələstinlilərin köçürülməsinin zəruri olduğunu iddia edib.
Nazir bildirib ki, İsrail hökuməti fələstinlilərin Qəzzadan dəniz, hava və digər yollarla çıxarılmasını təşkil etməyə hazırdır. O, Trampın 2025-ci ilin fevralında Qəzza əhalisinin köçürülməsi ilə bağlı irəli sürdüyü planın ləğv edilmədiyini, sadəcə olaraq həyata keçirilməsinin dayandırıldığını və müzakirələrin davam etdiyini söyləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 03 Sentyabr 2026 02:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















