Kolumbiya narkokartellərinin Ukraynada dron təcrübəsi toplamağa könüllülər göndərdiyi iddia olunur
Icma.az, Bizimyol saytına istinadən bildirir.
Bizimyol.info xəbər verir ki, “Financial Times” qəzetinin məlumatına görə, son bir il ərzində Kolumbiyadakı bəzi cinayət qruplaşmalarının Ukraynada dron müharibəsi üzrə biliklər əldə etmək və bu bacarıqlardan ölkəyə qayıtdıqdan sonra istifadə etmək məqsədi daşıdığı barədə məlumatlar yayılıb.
Ukraynada çalışan kolumbiyalı humanitar təşkilat nümayəndəsi bildirib ki, belə şəxslərin cəlb olunması mürəkkəb üsullarla həyata keçirilir. Onun sözlərinə görə, keçmiş hərbçilər, partizan qruplarının üzvləri və silahlı dəstələrdə təcrübəsi olan şəxslər Ukraynada dronların idarə olunmasını öyrənirlər.
Nəşr qeyd edir ki, dron texnologiyaları Kolumbiyada hökumət qüvvələri ilə silahlı qruplar və narkotik ticarəti ilə məşğul olan dəstələr arasındakı mübarizənin xarakterini dəyişib. Əvvəllər hökumət havada üstünlüyə malik olsa da, pilotsuz aparatların yayılması vəziyyəti dəyişib.
Kolumbiyalı dron operatorlarından biri bildirib ki, narkokartellərlə əlaqəli şəxslər xüsusilə FPV dronların idarə olunması və texniki imkanlarını öyrənməyə maraq göstərirlər. Bu dronlar yüksək manevr qabiliyyətinə malikdir və hərbi əməliyyatlarda geniş istifadə olunur.
Kolumbiya hakimiyyəti bəzi qanunsuz qruplaşmaların ordunun elektron mübarizə sistemlərindən yayınmaq üçün yeni texnologiyalar axtardığını bildirir.
Analitiklər hesab edirlər ki, əsas risk Ukraynada hərbi təcrübə qazanan şəxslərin sonradan bu bilikləri qanunsuz silahlı qruplara ötürməsidir.
Ukrayna rəsmilərinin məlumatına görə, hazırda ölkənin Müdafiə Qüvvələrinin tərkibində on minlərlə xarici könüllü xidmət edir. Onların arasında Latın Amerikası ölkələrinin vətəndaşlarının da olduğu bildirilir.
Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 06 Avqust 2026 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















