Komandamın hücum futbolu oynamasını və topu tez geri qaytarmasını istəyirəm Riberi baş məşqçi olmaq istəyir
Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Bavariya”nın sabiq yarımmüdafiəçisi Frank Riberi məşqçi olmağa hazır olduğunu bildirib.
Sportal.az xəbər verir ki, 43 yaşlı fransalı İtaliyanın Koverçano akademiyasında məşqçilik kursları keçib.
“Başa düşdüm ki, həqiqətən də peşəmi dəyişmişəm. Mənim üçün komandanın idarə olunması, empatiya və futbolçularla münasibətlər çox vacib olacaq. Bunlar oyun sxemləri və taktikadan daha üstündür. Heynkes, Ançelotti, həmçinin Nikola və Yakini kimi bir çox böyük məşqçi ilə çalışmışam. Onların hər birindən nəsə götürmüşəm.
İstərdim ki, komandam hücum futbolu oynasın: topu tez geri qaytarmalı və dərhal qol vurmağa getməliyik. Avropada Kompaninin “Bavariya”sını çox bəyənirəm.
A Seriyasına hazırammı? Mən hazır doğulmuşam. Görək məni nələr gözləyir”, – deyə Riberi bildirib.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 04 Oktyabr 2026 23:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















