Konqo milli komandasına Dünya çempionatında iştirak etmək üçün ABŞ a getməyə icazə verildi
Icma.az, Newscenter.az saytına istinadən bildirir.
ABŞ hakimiyyəti Konqo Demokratik Respublikası futbolçularının Dünya çempionatında iştirak etmək üçün ölkəyə daxil olmasına icazə verib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə AFP xəbər verir.
Məlumata görə, Ebola virusunun yayılması ilə bağlı narahatlıqlar səbəbindən Konqo millisinin hazırlıqları dayandırılıb və oyunçular məşqçi heyəti ilə birlikdə ABŞ-a uçmazdan əvvəl 21 günlük karantindən keçməli olublar. Karantin rejimindən sonra Konqo komandasına ABŞ-a getməyə icazə verilib. Komandanı okeanın o tayına aparan təyyarənin artıq Hyustona eniş etidyi bildirilir.
Qeyd edək ki, Konqo milli komandası Dünya çempionatında K qrupunda Portuqaliya, Özbəkistan və Kolumbiya ilə yarışacaq. Konqo komandası iyunun 17-də ABŞ-ın Texas ştatının Hyuston şəhərində Portuqaliya ilə, iyunun 24-də Meksikanın Zapopan şəhərində Kolumbiya ilə, iyunun 28-də isə ABŞ-ın Atlanta şəhərində Özbəkistanla qarşılaşacaq.
Aygün
Bu mövzuda digər xəbərlər:Konqo Demokratik Respublikasının milli komandasına ABŞ yə getməyə icazə verilib
12 İyun 2026 09:54
İran dünya çempionatında iştirak üçün ŞƏRT KƏSDİ
21 Aprel 2026 18:52
İraq və Konqo DR rəsmən Dünya çempionatında
01 Aprel 2026 09:25
Dünya çempionatında iştirak etməyəcək
06 Mart 2026 22:03
Baxış sayı:179
Bu xəbər 12 İyun 2026 03:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















