Icma.az
close
up
RU
Konstitusiya Məhkəməsi Plenumunun iclasında konstitusiya işinə baxıldı

Konstitusiya Məhkəməsi Plenumunun iclasında konstitusiya işinə baxıldı

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Moderator.az-a bildirilib ki, məhkəmə iclasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII hissəsi və 80-ci maddəsinin tələbləri baxımından İnzibati Xətalar Məcəllənin 598.7-ci maddəsinin “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 3.1 və 3.1.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim F.Məmmədovun məruzəsini, maraqlı subyektlər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin müraciətini və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Bakı Apellyasiya Məhkəməsi, Mərkəzi Bank, Maliyyə Monitorinqi Xidməti, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Vəkillər Kollegiyası tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının professoru, hüquq elmləri doktoru S.Əliyevin rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII hissəsinin və 80-ci maddəsinin, hüquqi müəyyənlik və qanunçuluq prinsiplərinin tələblərinə, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.7, 1.1.9 və 3-cü maddələrinə əsasən mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər müştərilərinə bu Qanunun 3.1.2-ci maddəsində göstərilən əməliyyatların aparılması və ya bu cür əməliyyatların aparılmasında iştirakla bağlı xidmətlər göstərdiyi halda həmin Qanunla müəyyən edilmiş öhdəlikləri daşıyır və bu öhdəliklərin pozulması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə inzibati məsuliyyətə səbəb olur.

“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.2-ci maddəsində nəzərdə tutulan “əməliyyatların aparılmasında iştirak” anlayışı həmin maddədə göstərilən əməliyyatların həyata keçirilməsi prosesinə təsir göstərə bilən, onların strukturlaşdırılmasında, hüquqi modelinin hazırlanmasında, rəsmiləşdirilməsində və ya nəticələrinin formalaşdırılmasında real və funksional əhəmiyyət kəsb edən hərəkətlərin icrasını özündə ehtiva edir.

Qeyri-maliyyə institutlarının üzərinə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qoyulmuş öhdəliklərin icra edilməli olduğu vaxt hər bir öhdəliyin xarakterindən asılı olaraq həmin Qanunun, FATF tərəfindən qəbul edilmiş Tövsiyələrin 22 və 23-cü maddələrinin tələbləri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla müəyyən edilməlidir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 İyul 2026 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəziyyətin nəzarətdən çıxması daha geniş regional müharibəyə çevrilə bilər

10 İyul 2026 12:58see413

AZAL ın yarımillik uğurları

10 İyul 2026 00:35see329

Avropa Liqası: Qarabağ qalib gəlir (YENİLƏNİR)

09 İyul 2026 20:33see263

NASA könüllü astronavtlar axtarır

10 İyul 2026 04:45see238

Mars Fantastik hekayə

09 İyul 2026 19:11see233

Əvəzedicilər Liqası: II turun başlama vaxtı bilindi

10 İyul 2026 23:02see208

Ərdoğan Livanın Baş nazirini qəbul etdi

11 İyul 2026 02:36see177

Xameneinin tabutunu daşıyan gizli şəxs kimdir? VİDEO

11 İyul 2026 10:18see170

MİQ üzrə test imtahanlarının tarixləri ELAN EDİLDİ CƏDVƏL

09 İyul 2026 20:59see168

Dronların hava məkanından istifadəsi nəzarətə GÖTÜRÜLÜR

10 İyul 2026 18:26see163

Ərdoğan Türkiyənin F 35 qırıcı təyyarələrinin istehsalı proqramına qayıdacağına əmindir

10 İyul 2026 00:03see159

Belçikada ölənləri sayı rekord həddə çatdı

10 İyul 2026 03:42see158

Alla Puqaçovadan ŞOK ADDIM Mayamidəki villasına 1 dollar qiymət qoydu...

11 İyul 2026 02:05see157

Bakının prinsipial mövqeyi nəticə verdi: İsrail qərarını dəyişdi

10 İyul 2026 00:35see157

Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı

10 İyul 2026 02:50see156

İranın milyardlarla dollarlıq əməliyyatları ifşa edildi ABŞ hərəkətə keçdi

11 İyul 2026 09:38see156

Söz və qələm: Jurnalistikanın əbədi gücü...

10 İyul 2026 14:43see151

Kim bilir sabahım necə gələcək

10 İyul 2026 21:02see151

Öldürülsə, İrana görünməmiş zərbələr endirməyi tapşırıb

10 İyul 2026 21:02see150

ABŞ nin Rusiyaya qarşı sarsıdıcı sanksiyalar ı razılaşdırılıb Lindsi Qrem

10 İyul 2026 23:40see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri