Icma.az
close
up
RU
KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 4 oktyabr, AZƏRTAC

“Azərkosmos”un nəzdində fəaliyyət göstərən KOSMİK Akademiya Türkiyənin Antalya şəhərində keçirilən Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Beynəlxalq Kosmik Təhsil Məşvərət Şurası (International Space Education Board – ISEB) və Beynəlxalq Astronavtika Federasiyası (International Astronautical Federation – IAF) ilə əməkdaşlıqda “Təhsil işçiləri üçün peşəkar inkişaf seminarı” (Educators Professional Development Workshop) təşkil edib.

“Azərkosmos”dan AZƏRTAC-a bildirilib ki, kosmik təhsil və elm sahəsində çalışan 100 STEAM müəllimini bir araya gətirən seminar iştirakçılar üçün təcrübə mübadiləsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və yeni tədris yanaşmalarının müzakirəsi baxımından mühüm platforma olub.

Seminarın əsas məqsədi kosmik elm və texnologiyaların tədrisində innovativ yanaşmaların təşviqi, təhsil işçilərinin praktiki bacarıqlarının inkişafına dəstək göstərilməsi və gələcək nəsil üçün daha müasir kosmik təhsil imkanlarının formalaşdırılmasına töhfə verməkdir.

Tədbirin proqramı Kanada Kosmik Agentliyi, Beynəlxalq Astronavtika Federasiyası, İstanbul Texniki Universiteti və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatından (ICESCO) olan qlobal kosmik təhsil liderlərinin çıxışları, ekspert paneli, interaktiv müzakirələr və praktiki məşğələ sessiyalarından ibarət olub.

Proqramın əsas hissələrindən biri “Gələcəyin kosmik kadrlarının hazırlanması” (Building the Space Workforce of Tomorrow) mövzusunda ekspert panel müzakirəsi olub. Panel zamanı kosmik sənayenin gələcək kadr ehtiyaclarıvə bu ehtiyacların qarşılanmasında təhsilin rolu ətrafında fikir mübadiləsi aparılıb.

Seminar çərçivəsində Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin (JAXA) Kosmik Təhsil Mərkəzinin direktoru Fumiaki Tanigaki tərəfindən “JAXA”nın dünya üzrə tələbələr üçün təqdim etdiyi kosmik təhsil proqramları barədə təqdimat keçirilib. Təqdimat iştirakçılara beynəlxalq səviyyədə həyata keçirilən kosmik təhsil təşəbbüsləri ilə tanış olmaq və qabaqcıl təcrübələri öyrənmək imkanı yaradıb.

Tədbirin praktiki hissəsində iştirakçılar “Kosmik rəsədxanaların və teleskopların inşası” (Space Observatories & Telescopes Construction) adlı peşəkar inkişaf vörkşopunda iştirak ediblər. Sessiya zamanı iştirakçılar kosmik rəsədxanaların və teleskopların quruluşu haqqında praktiki biliklər əldə edib, həmçinin onların 3D modellərini hazırlamaq imkanı qazanıblar.

Seminarın interaktiv elementlərindən biri isə iştirakçıların kosmik elm və təhsil sahəsində biliklərini sınadığı “Kahoot!” sessiyası olub.

Tədbirin sonunda iştirakçıların peşəkar inkişafının və seminarda iştirakının tanınması məqsədilə onlara sertifikatlar təqdim edilib.

KOSMİK Akademiyanın beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində keçirdiyi bu seminar kosmik təhsilin inkişafı, qabaqcıl beynəlxalq təcrübələrin bölüşdürülməsi və təhsil işçilərinin yeni bilik və bacarıqlarla təmin edilməsi istiqamətində mühüm təşəbbüslərdən biridir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Oktyabr 2026 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see264

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see264

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see246

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see242

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see237

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see237

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see231

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see225

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see224

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see218

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see206

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see204

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see202

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see201

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see201

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see200

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see200

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see199

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see198

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri