Liverpul , Arsenal və Tottenhem İtaliya millisinin müdafiəçisinə elçi düşüb
Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Liverpul", "Arsenal" və "Tottenhem" klubları "Brentford"un və İtaliya millisinin sağ cinah müdafiəçisi Maykl Kayodeyə maraq göstərirlər. Sport24.az "Caught Offside"-yə istinadən xəbər verir ki, "Liverpul" 22 yaşlı futbolçunu həmin mövqeni gücləndirmək üçün əsas transfer siyahısına daxil edib.
Mənbələr sözlərinə görə, hazırkı məqamda "arılar" Kayode ilə bağlı heç bir rəsmi transfer təklifi almayıblar və birbaşa danışıqlar hələ başlamayıb. "Brentford" italyan müdafiəçini qış "transfer pəncərəsi"ndə satmaq niyyətində deyil. Klubun oyunçu üçün azı 60–65 milyon avro məbləğində təzminat tələb edəcəyi gözlənilir.
Qeyd edək ki, Kayode bu mövsüm bütün turnirlərdə 7 oyuna çıxıb və 1 qol vurub. Onun klubla hazırkı müqaviləsi 2032-ci ilin yayına qədər qüvvədədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 04 Oktyabr 2026 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















