Icma.az
close
up
AZ
Menu

Минобороны России может утилизировать единственный авианосец

Расширен перечень единых индексов, установленных для госорганов Азербайджана

Сирия идет против Хезболлы неожиданный поворот

Во Франции против соцсети Маска возбудили уголовное дело

Афганистан и Казахстан заключили меморандум о создании Трансафганской железной дороги

Рафиев: Война в Украине наносит серьёзный ущерб миру и безопасности в регионе

Пашинян собрал соратников в Горисе

ЕК уговаривает Словакию одобрить санкции против России

Грузия не пускает грузовики со сжиженным газом для Армении

Жительница Азербайджана скончалась после инъекции

Немецкого сатирика ждет суд за шутку о покушении на Трампа

Объем транзитной транспортировки нефти по БТД в этом году сократился более чем на 13%.

ФИФА и Реал достигли соглашения о проведении финала ЧМ 2030 в Мадриде

Взрывы в Киеве

Азербайджан и Китай усиливают железнодорожное партнёрство ФОТО

В ближайшие дни начнется второй этап сдачи оружия РПК

Глава МО Польши Косиняк Камыш: Украина должна признать Волынскую резню

Nuclear power stages comeback in global energy outlook OPEC

EIA forecasts lower summer drawdown in U.S. coal inventories

Azerbaijan faces decline in rail freight amid rising passenger traffic in 6M2025

Madriddə tanınmış jurnalistfotoqraf Gervasio Sançezin Azərbaycanın mina problemindən bəhs edən jurnalının təqdimatı keçirilib FOTO

Madriddə tanınmış jurnalistfotoqraf Gervasio Sançezin Azərbaycanın mina problemindən bəhs edən jurnalının təqdimatı keçirilib FOTO

Icma.az сообщает, основываясь на информации сайта Day.az.

10 dekabr Ümumdünya İnsan Hüquqları Günü münasibətilə İspaniyanın paytaxtı Madrid şəhərində Azərbaycanın mina probleminə həsr olunmuş tədbir keçirilmişdir.

Day.Az xəbər verir ki, tədbir AR İspaniya Krallığındakı Səfirliyinin dəstəyi və müharibə və silahlı münaqişələr üzrə ixtisaslaşmış, beynəlxalq səviyyədə tanınan jurnalist-fotoqraf Qervasio Sançezin təşəbbüsü ilə təşkil olunmuşdur.

Qeyd edək ki, Qervasio Sançez Azərbaycanda mina qurbanlarına dair məlumat toplamaq və mina problemini işıqlandırmaq məqsədilə cari ilin 25 aprel - 12 may tarixlərində ölkəmizdə səfərdə olmuşdur.

Tədbir zamanı cənab Sançezin səfər çərçivəsində keçirdiyi görüşlər, ələlxüsus da Qarabağ və Şərqi Zəngəzur rayonlarına səfərləri zamanı 30-a yaxın mina qurbanı ilə fərdi söhbətləri əsasında topladığı materiallar və foto-şəkillərin "Səssiz əks-səda: Mina qurbanlarının danışılmamış hekayələri" foto-jurnal vasitəsilə təqdimatı baş tutmuşdur.

Foto-jurnalda müəllifin ölkəmizə səfəri çərçivəsində lentə aldığı 70-dən çox fotoşəkil - ümumi mənzərə, işğaldan azad olunmuş ərazilərdəki dağıntılar və Azərbaycanın apardığı genişmiqyaslı bərpa və quruculuq işləri, eləcə də I və II Qarabağ müharibələrindən sonra mina partlaması nəticəsində xəsarət almış mina qurbanlarının portretləri və şəxsi hekayələri yer almışdır.

Təqdirəlayiq haldır ki, Azərbaycanın ilk qadın minatəmizləmə qruplarının fəaliyyətləri və onların yüksək peşəkarlıqla minatəmizləmə əməliyyatlarına cəlb olunmaları cənab Sançezin fotoları vasitəsilə ispan cəmiyyətinə təqdim olunmuşdur.

Qeyd edək ki, Avropa auditoriyası üçün Azərbaycanın mina çirklənməsinin miqyası və bunun humanitar fəlakət kimi ölkəmizin böyük səy və əzmlə həll etməyə çalışdığı problem olması ilk dəfədir ki, məhz avropalıların öz dilindən səsləndirilir.

Tədbirdə rəsmi çıxışçılar arasında İspaniya Parlamentinin yuxarı palatası - Senatın üzvləri, ATƏT PA-nın vitse-prezidenti, hakim sosialist partiyasının nümayəndəsi Pere Xoan Pons, Senatda Xalq Partiyası Qrupunun sözçünün müavini, Milli Təhlükəsizlik və Müdafiə üzrə Birgə Komissiyanın üzvü, Ekstremadura hökumətinin keçmiş prezidenti, hüquqşünas Xose Antoniyo Monago, İspaniya Xarici İşlər, Avropa İttifaqı və İspaniya Əməkdaşlıq Nazirliyi nəzdindəki Beynəlxalq İnkişaf üçün Əməkdaşlıq Agentliyi (AECID) Direktorunun Texniki Ofisinin koordinatoru Pablo Qan Kesada iştirak etmişdir. AR Milli Məclisinin deputatı, Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sevil Mikayılova, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndəsi Nəriman Qasımov və Ramon Llull Universitetinin Beynəlxalq Əlaqələr professoru Xordi Çukla isə qonaq çıxışçılar qismində iştirakçılara ölkəmizdəki mina problemi haqqında ətraflı məlumat vermişdir.

Qervasio Sançez Azərbaycandakı mina problemin miqyasını xarakterizə edərək 30-dan çox mina təhlükəsi ilə üzləşən ölkərə səfər etdiyini və dünyanın heç bir yerində bu miqyasda mina təhlükəsinə rast gəlmədiyini bildirmişdir. Onun sözlərinə əsasən, müharibə vikipediyada qeyd olunan tarixdə bitmir, onun tam fəsadları aradan qaldırılan zaman yekunlaşır. Azərbaycanın hazırda öz resursları hesabına ərazilərini minalardan təmizlədiyini və beynəlxalq dəstək olmadığı müddətcə bu prosesin daha uzun illər çəkəcəyini bildirmişdir.

Regiondakı təhlükəsizlik prosesləri ilə bağlı məlumatlı olduğunu və dəfələrlə Azərbaycanda səfərdə olduğunu qeyd edən ATƏT PA-nın ətraf mühit məsələləri üzrə vitse prezidenti P. Pons mina probleminin humanitar fəlakət olmaqla yanaşı, iqtisadi və ekoloji fəsadlarını diqqətə çatdırmışdır. Azərbaycandakı mina problemini ətraf mühit kontekstində dəyərləndirərək, ətraf mühitin təsirlərindən birbaşa əziyyət çəkən ölkələr sırasında mina problemli ölkələrin yüksək pillədə yer aldığını və mina problemini həll etməklə ətraf mühitin qorunmasına öz töhfəmizi vermiş olacağımızı səsləndirmişdir.

İspaniya Senatında Milli Təhlükəsizlik və Müdafiə üzrə Birgə Komissiyanın üzvü X.Monaqo cari ildə Qarabağa baş tutmuş səfərindən söz açaraq Azərbaycandakı mina probleminin fəsadları ilə əyani tanış olduğunu, Ağdam şəhərinə səfəri zamanı orada bir dənə də olsun dağıdılmamış binalara rast gələ bilmədiyini, Ağdam şəhərinin açıq kitab/muzey şəklində acı reallığı nümayiş etdirdiyini, müharibə bitməsinə baxmayaraq piyada əleyhinə minaların insanlar üçün davamlı təhlükə yaratdığını, məcburi köçkünlərin geri qayıdışına, iqtisadiyyatın, infrastrukturun inkişafına əsas maneə olduğunu bildirmişdir.

İspaniyanın mina məsələsindəki geniş təcrübəsini paylaşan X.Monaqo Azərbaycanda mina ilə bağlı aparılan fəaliyyətin təkçə əraziləri təmizləməklə məhdudlaşmadığını, bu fəaliyyətin eyni zamanda insanlarda gələcəyə dair ümidlər yaratmaq, ədaləti təmin etməklə həyatını itirən mina qurbanlarının xatirələrinə hörmət etmək, yaralıların gələcək yaşamlarını qurmasına yardım etmək kimi məqamları ehtiva etdiyini qeyd etmişdir. Bu kontekstdə, G. Sançezin mina problemi üzrə məlumatlılığı artırmaq istiqamətində gördüyü işi təqdir edən X.Monaqo onun yalnız keçmişi sənədləşdirmədiyini, eyni zamanda hamımızı kollektiv məsuliyyətə səslədiyini və beləliklə bu jurnalın öz mahiyyətini aşaraq daha çox məna kəsb etdiyini bildirmişdir. O, növbəti dəfə Ağdama səfər etdiyində mina təhlükəsi probleminin bitəcəyinə ümid ifadə etmişdir.

İspaniya XİN-in Beynəlxalq İnkişaf üçün Əməkdaşlıq Agentliyinin (AECID) nümayəndəsi, Ukrayna üzrə əlaqələndirici şəxs hazırda Azərbaycanın üzləşdiyi mina probleminin daha sonralar Ukrayna da yaşanacağını və bu kimi mina xarakterli humanitar problemlərə beynəlxalq diqqətin verilməsinin vacibliyini bildirmişdir.

İspaniyanın kifayət qədər tanınmış jurnalistlərindən sayılan, yazıçı və ictimai fəal Ana de Santoş tədbirin moderatoru kimi mina probleminin humanitar fəlakət olması, bu səbəbdən minlərlə Azərbaycanlı məcburi köçkünün hələ də öz torpaqlarına qayıda bilməməsi barəsində fikirlərini bölüşərək tədbir boyunca maraqlı müzakirələrin təşviq olunmasına töhfə vermişdir.

Tədbirdə İspaniyanın Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin Şərqi Avropa, Asiya və Sakit Okean üçün Baş Direktoratlığının rəhbər şəxsləri, habelə digər dövlət qurumlarının və parlament palatalarının yüksək vəzifəli nümayəndələri, parlament üzvləri, ölkədə akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, Səfirlər, Madrid şəhər bələdiyyəsinin rəsmiləri, eləcə də bir sıra düşüncə mərkəzləri və akademik dairələrdən olan tədqiqatçılar, mədəniyyət xadimləri, işgüzar dairələrin təmsilçiləri, QHT-lər və media nümayəndələri iştirak etmişdir.

Tədbirin sonunda Qervasio Sançezin Azərbaycanda çəkdiyi foto-şəkillərin e-sərgisi təşkil olunmuşdur.

Оставайтесь с нами на Icma.az, чтобы не пропустить важные новости и обновления по данной теме.
seeПросмотров:44
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 11 Декабря 2024 17:32
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

Минобороны России может утилизировать единственный авианосец

11 Июля 2025 17:53see382

Расширен перечень единых индексов, установленных для госорганов Азербайджана

11 Июля 2025 16:32see346

Сирия идет против Хезболлы неожиданный поворот

11 Июля 2025 18:17see313

Во Франции против соцсети Маска возбудили уголовное дело

11 Июля 2025 20:12see288

Афганистан и Казахстан заключили меморандум о создании Трансафганской железной дороги

11 Июля 2025 16:16see269

Рафиев: Война в Украине наносит серьёзный ущерб миру и безопасности в регионе

11 Июля 2025 16:47see213

Пашинян собрал соратников в Горисе

12 Июля 2025 10:31see202

ЕК уговаривает Словакию одобрить санкции против России

11 Июля 2025 22:27see197

Грузия не пускает грузовики со сжиженным газом для Армении

12 Июля 2025 01:31see182

Жительница Азербайджана скончалась после инъекции

11 Июля 2025 22:42see172

Немецкого сатирика ждет суд за шутку о покушении на Трампа

12 Июля 2025 11:25see162

Объем транзитной транспортировки нефти по БТД в этом году сократился более чем на 13%.

11 Июля 2025 17:16see159

ФИФА и Реал достигли соглашения о проведении финала ЧМ 2030 в Мадриде

12 Июля 2025 08:31see150

Взрывы в Киеве

12 Июля 2025 00:44see144

Азербайджан и Китай усиливают железнодорожное партнёрство ФОТО

11 Июля 2025 21:55see142

В ближайшие дни начнется второй этап сдачи оружия РПК

11 Июля 2025 19:51see142

Глава МО Польши Косиняк Камыш: Украина должна признать Волынскую резню

11 Июля 2025 16:55see141

Nuclear power stages comeback in global energy outlook OPEC

11 Июля 2025 23:23see140

EIA forecasts lower summer drawdown in U.S. coal inventories

11 Июля 2025 19:56see139

Azerbaijan faces decline in rail freight amid rising passenger traffic in 6M2025

11 Июля 2025 19:45see139
newsПоследние новости
Самые свежие и актуальные события дня