Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri bədii mükafatını qazandı
Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Makedoniyalı İsgəndərin həyatına həsr olunmuş yeni kitab tarixi araşdırmaları geniş oxucu auditoriyasına çatdırmağı bacarıb və nüfuzlu mükafata layiq görülüb.
Kulis.az xəbər verir ki, britaniyalı tarixçi Edmund Riçardson “Alexander: God, King, Man” əsərinə görə 2026-cı ilin “Baillie Gifford” qeyri-bədii ədəbiyyat mükafatını qazanıb.
Müəllif 50 min funt sterlinqlik mükafatın sahibi olub.
Bu qələbənin mühüm tərəfi odur ki, 1999-cu ildən keçirilən mükafat tarixində ilk dəfə antik tarixə həsr olunmuş kitab qalib seçilib. Riçardson İsgəndərin həyatını onun 20 yaşında hakimiyyətə gəlməsindən başlayaraq Fars imperiyasını fəth etməsinə və 32 yaşında Babilistanda vəfat etməsinə qədər izləyir. Müəllif bu araşdırmaya on ildən çox vaxt sərf edib, dörd qitədə tədqiqat aparıb və 12 qədim dildəki mənbələri özü tərcümə edib.
Kitabın diqqət çəkən cəhətlərindən biri də yeni arxeoloji tapıntılar və texnoloji üsullardan istifadə etməsidir. Müəllif İsgəndərin dövründə Babil astronomlarının apardığı müşahidələrin sonradan deşifrə edilmiş qeydlərini də araşdırmaya daxil edib. Münsiflər heyəti əsəri həm elmi mənbələrə söykənən, həm də macəra romanı kimi oxunan tarixi tədqiqat adlandırıb.
İspandilli ədəbiyyatın ən böyük mükafatı qadın yazıçıya verildi “Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası oldu Misir qədim mumiyaların üzərindəki portretləri ilk dəfə xarici sərgiyə göndərir
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 05 Noyabr 2026 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















