Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac baş tutacaq
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 3 sentyabr, AZƏRTAC
Sentyabrın 8-də Maliyyə Nazirliyinin dövlət istiqrazlarının Bakı Fond Birjasında (BFB) yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, hərracın gedişi zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20 faizindən aşağı olduğu təqdirdə, emitent bu sifarişləri qəbul etməyə bilər.
Yuxarıda qeyd edilən tarixdə həyata keçiriləcək hərracda dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda, emitent tərəfindən təklif edilən istiqrazların həcmi 100 faizədək artırıla bilər.
SİN kodunun verilmə tarixi
2026-cı il 2 sentyabr
Qiymətli kağızın İSİN kodu
AZ0201240022
İstiqrazın növü
kuponlu, ortamüddətli dövlət istiqrazları
Qiymətli kağızın nominal dəyəri
100,00 (bir yüz) manat
Qiymətli kağızın miqdarı
2.000.000 (iki milyon) ədəd
Məcmu nominal dəyəri
200.000.000,0 (iki yüz milyon) manat
Kupon dərəcəsi
7 faiz
Tədavül müddəti
1080 gün
Kupon ödənişləri
2027-ci il 8 mart, 2027-ci il 8 sentyabr, 2028-ci il 8 mart, 2028-ci il 8 sentyabr, 2029-cu il 8 mart, 2029-cu il 8 sentyabr
Əsas məbləğin ödəniş tarixi
2029-cu il 8 sentyabr
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 03 Sentyabr 2026 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















