“Mançester Siti”nin aldığı 17 yaşlı gənc futbolçu ABŞ tarixində rekord qırıb
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
ABŞ millisinin futbolçusu Cavan Sullivan tarixi rekorda imza atıb.
APA BBC-yə istinadən xəbər verir ki, 17 yaşı olan futbolçu Meksikaya qarşı yoldaşlıq oyununda fərqlənərək ABŞ millisində qol vuran ən gənc oyunçu olub.
Sullivan 62-ci dəqiqədə rəqib qapıçının səhvindən istifadə edib. O, topu uzaq məsafədən qapıçının üzərindən aşıraraq komandasının ikinci qolunu vurub.
ABŞ millisi qarşılaşmada Meksikaya 3:0 hesabı ilə qalib gəlib. Digər qolları Culian Holl və Malik Tillman vurublar. Meksikalı Luis Çaves isə 68-ci dəqiqədə qırmızı vərəqə alıb.
Hazırda “Philadelphia Union”da çıxış edən Sullivanın növbəti mövsüm “Manchester City”yə keçəcək.
Bu mövzuda digər xəbərlər:“Mançester Yunayted” “Siti”nin 17 yaşlı futbolçusunu transfer edib
24 Sentyabr 2026 21:33
“Mançester Siti”nin futbolçusundan rekord göstərici
20 Aprel 2026 12:45
Rafinya Mançester Siti nin hədəfində
21 Mart 2025 13:20
“Mançester Siti”nin əfsanəsi gedir
04 Aprel 2025 16:02
“Mançester Siti”nin hədəfindəki müdafiəçi
07 May 2025 10:43
Baxış sayı:68
Bu xəbər 04 Oktyabr 2026 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















