Masallıda abadlıq və infrastruktur işləri diqqət mərkəzindədir
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Sentyabrın 1-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, ərazi nümayəndəliyi və bələdiyyə əməkdaşlarının iştirakı ilə rayonun Boradigah qəsəbəsində kanalların təmizlənməsi işləri ilə yerində tanış olublar.
Ərazidə aparılan işlər çərçivəsində kanalların məişət və digər tullantılardan, lil və kol-kosdan təmizlənməsi, suötürücülük qabiliyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər görülür.
Rayon rəhbəri görülən işlərlə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələrini verib, kanalların mütəmadi olaraq təmizlənməsinin və ərazidə sanitariya vəziyyətinin diqqətdə saxlanılmasının vacibliyini bildirib.
Qeyd edək ki, rayon ərazisində su təsərrüfatı və meliorasiya infrastrukturunun vəziyyətinin yaxşılaşdırılması, kanalların təmizlənməsi və əhalinin qarşılaşdığı problemlərin az vaxt ərzində aradan qaldırılması istiqamətində işlər mütəmadi həyata keçirilir.
Ninəlov kəndində də daxili yolların cari təmiri işləri ilə tanış olunub.
Aparılan cari təmir işləri çərçivəsində kənddaxili yolların vəziyyəti nəzərdən keçirilib, yol örtüyünün yaxşılaşdırılması və hərəkətin rahatlığının təmin edilməsi istiqamətində görülən işlərlə bağlı məlumat verilib.
İcra başçısı işlərin keyfiyyətlə və müəyyən edilmiş tələblərə uyğun şəkildə aparılmasının, kənd sakinlərinin rahat gediş-gəlişinin təmin olunmasının vacibliyini bildirib.
Qeyd edək ki, kənd və yaşayış məntəqələrində daxili yolların vəziyyətinin yaxşılaşdırılması, yol infrastrukturunun yenilənməsi və əhalinin rahat gediş-gəlişinin təmin edilməsi istiqamətində işlər davam etdirilir.
Rayon rəhbəriliyi sonda kənd sakinləri ilə çay süfrəsi arxasında səmimi söhbət aparmışlar.
Türkoba kəndində Birinci Qarabağ müharibəsi şəhidi Ənvər Əliyevin adını daşıyan küçədə və Hişkədərə-Mahmudavar avtomobil yolunda aparılan asfalt örtüyünün döşənməsi işləri ilə də yerində tanışlıq olub.
Bildirilib ki, Türkobada küçənin 230 metr uzunluğunda hissəsinə asfalt örtüyü döşənilir. Görülən işlər yolun hərəkət üçün yararlı vəziyyətə gətirilməsi, kənd sakinlərinin rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması baxımından əhəmiyyət daşıyır.
Rayon rəhbəri görülən işlərlə tanış olaraq kəndlərdə asfalt örtüyünün keyfiyyətlə döşənməsi, işlərin müəyyən olunmuş standartlara uyğun aparılması ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, rayon ərazilərində kənddaxili yolların abadlaşdırılması, asfalt örtüyünün yenilənməsi və əhalinin rahat gediş-gəlişinin təmin edilməsi istiqamətində işlər davam etdirilir.
Sonda rayon rəhbəri Türkoba kəndində şəhid ailəsini ziyarət etmiş qayğıları ilə maraqlanmışdır.
Əlihüseyn ŞÜKÜROV,
"Yeni həyat" qəzetinin baş refaktoru
Rəşad Fərəcov, Nurşad Bayramov (foto)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 03 Sentyabr 2026 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















