Icma.az
close
up
RU
Media və Yayım Şurasında dəyirmi masa keçirildi FOTO

Media və Yayım Şurasında dəyirmi masa keçirildi FOTO

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Dəyirmi masaya moderatorluq edən Media və Yayım Şurasının Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli tarixi Zəfərin Azərbaycan mediasının inkişafında mühüm mərhələ olduğunu, Vətən müharibəsi dövründə milli informasiya məkanında həmrəyliyin və vətəndaş məsuliyyətinin xüsusi əhəmiyyət daşıdığını bildirib. O, həmin dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqa müraciətlərinin və beynəlxalq media qurumlarına verdiyi müsahibələrin ölkəmizin mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadığını vurğulayıb.

Redaktor.az xəbər verir ki, Birinci Qarabağ və Vətən müharibələrinin iştirakçısı, müharibə mövzusunda sənədli kitabların müəllifi İlham Tumas cəbhə bölgələrindən operativ və dəqiq məlumatların ictimaiyyətə çatdırılması, Ermənistanın yaydığı dezinformasiyaların qarşısının alınması və müharibə həqiqətlərinin beynəlxalq ictimaiyyətə təqdim olunması istiqamətində jurnalistlərin fəaliyyətini xüsusi qeyd edib.

İkinci Qarabağ müharibəsinin iştirakçısı, ARB-nin şöbə müdiri Mail Əsgərov müharibə dövründə jurnalistlərin peşəkarlığının, vətənpərvər mövqeyinin və informasiya məsuliyyətinin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynadığını qeyd edib. O, bu təcrübənin gənc jurnalistlərə ötürülməsinin və onların müasir informasiya mühitinin çağırışlarına hazırlıqlı yetişdirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət etmiş Bəhruz Məmmədzadə müharibədə ideoloji qələbənin vacibliyini vurğulayıb. O, Vətən müharibəsinin yalnız hərbi əməliyyatlarla deyil, eyni zamanda informasiya və ideoloji müstəvidə aparılan mübarizə ilə də yadda qaldığını bildirib.

Vətən müharibəsi iştirakçısı, qazi jurnalist Məğrur Əliyev çıxışında Qarabağda tarix yazan gənclərin şücaətindən söhbət açıb, ölkəmizin ərazi bütövlüyünün bərpasında iştirak edən qəhrəmanların igidlik və fədakarlıq nümunələrinin gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd edib.

İkinci Qarabağ müharibəsinin iştirakçısı, Baku TV-nin hərbi jurnalisti Fərdin İsazadə və İctimai Televiziyanın əməkdaşı Araz Xan müharibə şəraitində informasiyanın ictimaiyyətə düzgün, operativ və obyektiv şəkildə çatdırılmasının vacibliyini qeyd ediblər.

Dəyirmi masada, həmçinin müharibədə və döyüş bölgələrində fəaliyyət göstərmiş digər jurnalistlərin çıxışları dinlənilib, onların Vətən müharibəsi dövründəki fəaliyyəti, şahidi olduqları hadisələr və qazandıqları peşəkar təcrübə ətrafında fikir mübadiləsi aparılıb. Tədbir çərçivəsində Vətən müharibəsinin gedişatını, tarixi Zəfərə aparan yolu və həmin dövrdə yaşanan əlamətdar anları əks etdirən videoçarx da təqdim edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Noyabr 2026 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see317

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see316

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see310

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see310

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see300

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see296

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see292

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see291

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see264

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see262

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see256

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see253

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see253

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see251

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see243

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see241

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see240

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see237

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see202

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri