Məhkəmə qəti qərar verdi: onun ölümündə komanda yoldaşı günahkardır
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
19 yaşlı qapıçı komanda yoldaşı ilə mübahisə etdikdən sonra ölmüşdü.
Ölkə.az xəbər verir ki, regional məhkəmə idmançının keçmiş komanda yoldaşı Andrey Laqunovu səhlənkarlıqdan ölümə səbəb olmaqda təqsirli bilib. O, üç il doqquz ay müddətinə azadlıqdan məhrum edilib və mərhumun valideynlərinə mənəvi ziyana görə 20 milyon tenge təzminat ödəməli olacaq.
Hər iki tərəf hökmdən apelyasiya şikayəti verib: İvan Pılenkonun valideynləri cəzanın yeddi ilə qədər artırılmasını, Laqunovun müdafiə tərəfi isə yüngül cəzanın verilməsini istəyib.
Kassasiya məhkəməsi hökmü qüvvədə saxlayıb və beləliklə, məhkəmə prosesi başa çatıb.
Faciə 2 avqust 2024-cü ildə Aleksandrov İdman Sarayının dəhlizində baş verib. “Torpedo” gənclər komandasının qapıçısı İvan Pılenko qəfildən özünü pis hiss edib. Ona ilk tibbi yardım göstərilib və təcili yardım çağırılıb. Klubun rəsmi açıqlamasına görə, görülən bütün tədbirlərə baxmayaraq, idmançı xəstəxanada ölüb.
Daha sonra sosial mediada paylaşılan bir videoda İvanın huşunu itirməzdən bir müddət əvvəl “Torpedo”nun əsas heyətinin hücumçusu Andrey Laqunovla münaqişəsi olduğu göstərilib. Mərhumun valideynləri oğullarının ölümündə hücumçunu günahlandırıblar.
İstintaqdan sonra məhkəmə Laqunovun ölümünün səhlənkarlıqdan qaynaqlandığı qənaətinə gəlib. Lakin iş materiallarında xokkeyçinin qəsdən zərər vurmaq niyyətində olduğuna dair heç bir dəlil yoxdur.(publika)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 06 Avqust 2026 07:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















