Mənim vaxtımda Lixtenşteyni səfərdə 11:1 məğlub etmişdik millimizin sabiq baş məşqçisi
Sportal.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan millisinin sabiq baş məşqçisi Qyoko Haciyevski Sportal.az saytına açıqlama verib.
O, yığma komandamızın Millətlər Liqasının qrup mərhələsinin 2-ci turunda Lixtenşteyn üzərində qələbə qazana bilməməsini şərh edib:
"Lixtenşteyn millisini məğlub etmək lazım idi. Başqa yolu yoxdur. Qrupda birinci yeri tutmaq lazımdır ki, AVRO-2028-in pley-off matçına vəsiqə qazansınlar. Amma Lixtenşteyni Bakıda uda bilmədilər. Mən Makedoniyanın baş məşqçisi olanda səfərdə Lixtenşteyni 11:1 hesabı ilə məğlub etmişdik. Dünya çempionatının seçmə mərhələsinin oyunu idi. 1996-cı ildə baş vermişdi. Bu, hələ də millinin ən böyük hesablı qalibiyyətidir".
Şimali makedoniyalı mütəxəssis millimizin gələcək perspektivi haqda da danışıb: "Noyabrdan sonra bir dəfə doğru analiz və reform etmək lazımdır. Belə ola bilməz...Azərbaycan millisi öz regionunun lideri olmalıdır. Çünki Azərbaycanda necə şərait, necə imkanlar var....Azərbaycan xalqı futbolçu çox sevir. Keyfiyyət, seleksiya, futbolçuların yetişdirilməsi, strategiya...Bunlar hamısı bir sistem kimi işləməlidir. Başqa cür ola bilməz. Millinin qarşıda Litva ilə görüşü var. Ümid edirəm ki, qalibiyyət olacaq".
Mirbağırağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 04 Oktyabr 2026 14:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















