Icma.az
close
up
RU
Mərhəməti ilə könülləri, şeirləri ilə qəlbləri fəth edən Natəvan

Mərhəməti ilə könülləri, şeirləri ilə qəlbləri fəth edən Natəvan

Icma.az bildirir, 525.az portalına istinadən.

Tarixən hökmdarlar, böyük dövlət xadimləri, öz əməli ilə yadda qalır, xalqın taleyində oynadığı əhəmiyyətli rola görə əbədiləşir, ölməzləşir. Bir də elm, ədəbiyyat, incəsənət xadimləri, şairlər, yazıçılar öz əsərləri ilə əbədiyaşarlıq qazanır, ölməzliyə qovuşur. Hər iki məziyyəti özündə birləşdirən belə tarixi şəxsiyyətlərdən biri də incə zövqlü, böyük ürəkli, cazibədar xanım, mütəfəkkir şair, cəsarətli dövlət xadimi, Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvandır.

Bu gün xan qızı Natəvanın anadan olmasından 194 il ötür.

O, Qarabağ xanlığının banisi İbrahimxəlil xanın nəvəsidir. 1832-ci ildə Şuşada anadan оlan bu qız ailənin yeganə övladı və Qarabağ xanlarının sоnuncu vərəsəsi оlduğu üçün onu sarayda “Dürrü yekta” (tək inci) çagırardılar. Xalq arasında isə Xan qızı adı ilə məşhur idi. 1845-ci ildə Mehdiqulu xanın vəfatından sonra onun bütün hüquqları qızı Xurşidbanuya keçir.

Xurşidbanu Azərbaycan mədəniyyəti tarixində lirik şair və rəssam kimi şöhrət qazanan nadir istedad sahibi idi. Ərəb və fars dillərini mükəmməl bilən Natəvan Nizami, Füzuli və Nəvai kimi böyük klassiklərin əsərlərini mütaliə edir və onların yaradıcılığından bəhrələnirdi. O, təkcə yazdığı şeirlərlə deyil, xeyirxahlığı ilə də ad çıxarmışdı. Natəvan kasıblara, kimsəsizlərə əl tutmaqla bərabər, Şuşaya su çəkdirmişdi. Onun çəkdirdiyi bulaq “Xan qızı bulağı” adı ilə məşhur olub. O həm də qorxmaz, məğrur bir hökmdar idi. XIX əsrin mənfur rus istilası başlayanda, onun ərazisinə girdikləri üçün rus çinovniklərini öz nökərlərinə döydürüb, ərazisindən qovdurmuşdu.

Xan qızı Şuşada “Məclisi-üns” (dostluq, ülfət məclisi) yaratmış və onun bütün xərclərini öz üzərinə götürmüşdü. O, şeirlərini “Natəvan”, yəni “kimsəsiz”, “köməksiz” təxəllüsü ilə yazırdı. Qəzəl janrında da misilsiz əsərlər yaradıb.

Şairənin ailə həyatı uğursuz alınmışdı. Cavan oğlunu itirən Natəvanın şeirləri bədbin ruhda yazılmışdı. O, “Ağlaram”, “Getmə”, “Olaydı”, “Getdi”, “Sənsiz”, “Ölürəm” şeirlərini dünyadan nakam köçmüş oğluna həsr edib.

Digər Azərbaycan klassikləri kimi Natəvanın da bir sıra şeirlərinə mahnılar bəstələnib. Mərhum bəstəkarımız Vasif Adıgözəlovun Natəvanın sözlərinə bəstələdiyi “Qərənfil” mahnı-romansı çox uğurlu alınıb. Onun şərəfinə əsərlər yazılıb, tarixi şəxsiyyət və şairə xanım obrazı bədii ədəbiyyatda canlandırılıb. Xalq şairi Məmməd Rahim “Natəvan” poemasını, Xalq yazıçısı İlyas Əfəndiyev “Natəvan” pyesini ona həsr ediblər.

Xurşidbanu Natəvan 1897-ci il oktyabrın 1-də vəfat edib, məzarı Ağdamın “İmarət” qəbiristanlığındadır. Onun adına küçə, klub, kitabxana və məktəb var. Əlyazmaları, şəxsi geyim və əşyaları arxiv və muzeylərimizdə saxlanılır.

Şairənin Bakıda heykəli, Şuşada büstü, Ağdamda qəbirüstü abidəsi qoyulub. Natəvanın Şuşadakı büstü bədnam qonşularımız ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb, güllələnib və tullantı metal kimi satılıb. Azərbaycanın hakimiyyət orqanlarının səyləri ilə həmin büst aşkar edilərək Bakıya gətirilib. 44 günlük tarixi Zəfərimizdən sonra 2021-ci ildə onun büstü ölkə başçısının göstərişi əsasında bərpa edilərək Şuşaya qaytarılıb.

Xurşidbanu Natəvanın 190 illik yubileyi dövlət səviyyəsində qeyd edilib. Xalqımız hökmdar və şairə qızını həmişə ehtiramla yad edir ("Azərtac").

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Avqust 2026 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see405

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see286

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see246

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see239

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see215

Kəpəz Sabah ın qonağıdır Heyətlər

15 Avqust 2026 19:52see195

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see191

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see185

Bu səfirin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatdı

15 Avqust 2026 09:38see181

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see178

La Liqa 2026/27 mövsümü: 15 16 avqust matçlarının təqvimi və rəqabət in TƏHLİLİ

15 Avqust 2026 16:26see178

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see177

Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? Kardioloqlardan açıqlama

15 Avqust 2026 08:07see175

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see170

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see168

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see159

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see156

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see154

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see150

Bakı ilə sülh, Moskva ilə balans

15 Avqust 2026 14:54see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri