Icma.az
close
up
RU
Mərkəzi Bank Zolotaya Korona köçürmələrinin dayandırılmasına münasibət bildirib

Mərkəzi Bank Zolotaya Korona köçürmələrinin dayandırılmasına münasibət bildirib

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Azərbaycandan Rusiyaya "Zolotaya Korona" ödəniş sistemi vasitəsilə pul köçürmələrinin dayandırılması ilə bağlı qərarlar banklar və ödəniş sistemləri arasında qarşılıqlı razılaşma əsasında qəbul edilir və Azərbaycan Mərkəzi Bankı (AMB) bu münasibətlərə müdaxilə etmir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Mərkəzi Bankdan bildirilib.

"Banklar ilə ödəniş sistemləri arasında əməkdaşlıq tərəflər arasında qarşılıqlı razılaşma əsasında həyata keçirilir və Mərkəzi Bank bu münasibətlərə müdaxilə etmir. Banklarla onların tərəfdaşları arasında münasibətlərə dair qərarlar yerli qanunvericiliyin tələbləri və müxtəlif risk faktorları nəzərə alınmaqla banklar tərəfindən müstəqil surətdə qəbul edilir", - deyə AMB-dən qeyd olunub.

Mərkəzi Bank həmçinin məsələ ilə bağlı aidiyyəti üzrə ödəniş sisteminin fəaliyyətini təmin edən təşkilata və ya həmin ödəniş sistemi ilə işgüzar münasibətləri olmuş banklara müraciət edilməsini tövsiyə edib.

Qeyd edək ki, son günlər mediada Azərbaycandan Rusiyaya "Zolotaya Korona" ödəniş sistemi vasitəsilə pul köçürmələrinin müvəqqəti dayandırıldığı barədə məlumatlar yayılıb. Bir sıra banklar xidmətin texniki səbəblərdən əlçatan olmadığını bildiriblər. “Unibank" və "Yelo Bank" "Zolotaya Korona" sistemi ilə əməkdaşlığın davam etdiyini, lakin xidmətdə yaranmış texniki problemlər səbəbindən hazırda Rusiya istiqamətində pul köçürmələrinin müvəqqəti həyata keçirilmədiyini bildiriblər. Ödəniş sisteminin rəsmi saytında da Azərbaycan həm pul göndərən, həm də pul qəbul edən ölkələr siyahısında yer almır.

Məlumatlarda qeyd olunub ki, bu məhdudiyyət Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi 21-ci sanksiyalar paketindən sonra tətbiq edilib. Həmin sanksiyalar çərçivəsində "Zolotaya Korona" ödəniş sisteminin operatoru olan Rusiyanın "Platejnıy Sentr" ("Платежный центр") qeyri-bank kredit təşkilatı da sanksiya siyahısına daxil edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 Avqust 2026 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see633

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see537

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see294

Nəhəng asteroid Yerə doğru gəlir? Kritik açıqlama

17 Avqust 2026 21:16see255

“Gözdə olan qara su zamanı itirilən görmə faizini geri qaytarmaq mümkün deyil” OFTOLMOLOQ

17 Avqust 2026 16:46see253

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see224

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see202

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see202

30 yaşdan sonrakı beyin...

17 Avqust 2026 21:08see200

Çelsi nin sabiq hücumçusu Premyer Liqaya qayıda bilər

17 Avqust 2026 21:00see195

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see181

Çin buna görə sürətlə inkişaf edib (Video)

18 Avqust 2026 05:05see177

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see176

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see173

Hücum təhlükəsi: Moskvada festival təxirə salındı

18 Avqust 2026 01:43see173

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see168

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see164

Azər Bağırov Qarabağ a məğlubiyyəti belə şərh etdi

17 Avqust 2026 23:42see154

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see152

Kuşner ABŞ İran razılaşmasının şərtlərini açıqlayıb

18 Avqust 2026 00:35see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri