Icma.az
close
up
RU
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İyunun 4-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Komitənin sədri Azər Əmiraslanov bildirib ki, gündəliyə 4 məsələ  daxil edilib.

Komitə sədri əvvəlcə Ticarət Gəmiçiliyi Məcəlləsində, “Yol hərəkəti haqqında”, “Nəqliyyat haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”,  “Avtomobil nəqliyyatı haqqında” və “Aviasiya haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) müzakirəyə çıxarıb.

Azər Əmiraslanov məsələ ilə bağlı bildirib ki, son illərdə ölkəmizdə nəqliyyat infrastrukturunun modernləşdirilməsi və bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. O, rəqəmsal texnologiyaların tətbiqi fonunda nəqliyyat sektorunda müşahidə olunan inkişaf meyillərinə və bu sahədə meydana çıxan yeni çağırışlara diqqət çəkib. Bildirilib ki, bu qanun layihəsi də nəqliyyat sahəsində rəqəmsallaşma və innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi ilə bağlı qlobal inkişaf meyillərinə uyğun olaraq hazırlanıb.

Sonra rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov qanun layihəsi barədə ətraflı məlumat verib, sənədin  konseptual baxımdan əhəmiyyətini diqqətə çatdırıb. Qeyd olunub ki, qanun layihəsi ilk növbədə avtomobil, dəmir yolu, metro, tramvay, dəniz və hava nəqliyyatı da daxil olmaqla bütün nəqliyyat növləri üzrə avtonom nəqliyyat vasitələrinin tətbiqi üçün zəruri normativ-hüquqi, texnoloji və institusional bazanın yaradılmasını nəzərdə tutur.

Nəqliyyat nazirinin müavini bildirib ki, avtonom nəqliyyat vasitələrinin və müasir texnologiyaların  dünyada getdikcə daha geniş tətbiq olunması nəqliyyat sistemlərinin ənənəvi fəaliyyət modelini dəyişdirir və bu gün nəqliyyat sektoru tarixi əhəmiyyətə malik transformasiya dövrünə qədəm qoyur. Vurğulanıb ki, qanun layihəsində təklif olunan dəyişikliklər də rəqəmsallaşma və innovativ texnologiyaların tətbiqi fonunda avtonom nəqliyyatın inkişafı üçün hüquqi əsasların yaradılmasına, nəqliyyat sisteminin təhlükəsizliyinin artırılmasına, iqtisadi səmərəliliyinin yüksəldilməsinə və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını nəzərdə tutur.

Gündəliyin ikinci məsələsi olan “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 307-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında  qanun layihəsi (birinci oxunuş) ilə bağlı komitənin sədr müavini Azər Badamov məlumat verib. O, bildirib ki, təklif olunan dəyişikliklər mopedlərin texniki baxışdan keçirilməsi, dövlət qeydiyyatına alınması, sürücülük vəsiqəsinin verilməsi məsələlərini tənzimləyir, müvafiq dövlət rüsumlarını müəyyən edir, eləcə də qeydiyyatdan keçmiş mopedlərin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin icbari sığortasını nəzərdə tutur.

Üçüncü məsələ olan “Büdcə sistemi haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “Hesablama Palatası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Hesablama Palatasının Hüquqi təminat və keyfiyyətə nəzarət şöbəsinin müdiri Nuranə Səfərova məlumat verib. Diqqətə çatdırılıb ki, qanun layihəsi Hesablama Palatasının fəaliyyətinin müasir çağırışlara, beynəlxalq audit standartlarına və milli qanunvericiliyin tələblərinə uyğun olaraq təkmilləşdirilməsini nəzərdə tutur. Qeyd olunub ki, layihədəki dəyişikliklərə əsasən, Naxçıvan Muxtar Respublikasının büdcəsinə dair nəzarət mexanizmlərinin qanunvericiliklə uyğunlaşdırılması, kənar dövlət maliyyə nəzarəti tədbirlərinin həyata keçirilməsi zamanı məlumatların əldə olunması qaydalarının dəqiqləşdirilməsi, həmçinin dövlət auditi informasiya sisteminin yaradılması və audit fəaliyyətində rəqəmsal texnologiyaların tətbiqi üçün hüquqi əsasların formalaşdırılması təmin ediləcək.

Dördüncü məsələ olan Torpaq Məcəlləsində, “Torpaq icarəsi haqqında”, “Torpaq bazarı haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və “Tənzimlənən qiymətlər haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı İqtisadiyyat Nazirliyinin Layihələrin idarəolunması şöbəsinin müdiri Zamir Dibirov məlumat verib.  O, bildirib ki, qanun layihəsi “Dövlət-özəl tərəfdaşlığı haqqında” Qanunun tətbiqinin təmin edilməsi, dövlət-özəl tərəfdaşlığı layihələrinin həyata keçirilməsi zamanı torpaq münasibətlərinin və digər əlaqəli hüquqi mexanizmlərin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Qanun layihələrinin müzakirəsində komitə sədri Azər Əmiraslanov, komitə sədrinin müavini Azər Badamov, komitə üzvləri Əli Məsimli, Tahir Mirkişili və Aydın Hüseynov çıxış edərək dəyişikliklər haqqında  fikirlərini bildiriblər, qeydlərini səsləndiriblər.

İclasda müzakirə olunan qanun layihələrinin hər biri Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.

Tədbirdə deputatlar Ziyad Səmədzadə, Heydər Əsədov, Vüqar Bayramov, Əlibala Məhərrəmzadə, Rövşən Muradov, Zaur Şükürov, Kamal Cəfərov, həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin şöbə müdiri Novruz Orucov, nazirliyin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin departament direktoru Ramin Bayramov, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hüquq şöbəsinin müdiri Yeganə Balakişiyeva  və digər rəsmi şəxslər iştirak ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 İyun 2026 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gənclərimizi müasir elmi trendlərlə tanış etmək çox vacibdir”

11 İyun 2026 21:09see334

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

10 İyun 2026 16:52see277

Yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır

10 İyun 2026 12:19see252

Bu gün Dünya Çempionatı başlayır Açılış matçının saatı

11 İyun 2026 09:12see215

İranlı deputatdan Azərbaycanla bağlı SENSASİON ÇIXIŞ

10 İyun 2026 22:12see213

Bu məkanlar BŞİH dən alındı

10 İyun 2026 21:24see209

Azərbaycanla münasibətlərimiz strateji səviyyəyə yüksəlib Amerikalı senator

10 İyun 2026 21:34see206

Nevroloqlarımız İstanbul konfransında

11 İyun 2026 12:02see195

Şamaxı millimizin müdafiəçisini transfer etdi RƏSMİ

10 İyun 2026 21:22see192

284 saylı məktəbdə birinci sinfə qəbul ləğv olunub? VİDEO

10 İyun 2026 23:51see183

Fransa və İspaniya ön planda: futbol üzrə dünya çempionatının favoritləri açıqlandı “The New York Times“

10 İyun 2026 21:00see181

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

10 İyun 2026 21:23see176

Tramp: ABŞ İrandan milyonlarla barel neft çıxarıb

10 İyun 2026 21:16see174

Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib

11 İyun 2026 12:01see174

Gənclər Liqası: “Sabah” “Bazel”lə qarşılaşacaq

10 İyun 2026 21:17see171

Məktəblərdə mobil telefonların qadağası ilə bağlı nəzarət mexanizmləri tətbiq edilir

10 İyun 2026 21:50see169

Günəşdən qoruyucu krem əvəzinə bundan istifadə olunur

12 İyun 2026 04:27see167

Vuçiç istefa verəcək: “Sizə xəbər verəcəyəm”

11 İyun 2026 13:32see167

Bir dəqiqəyə bir kiloqram bal yedi

11 İyun 2026 01:11see164

Bu rayonda 122 hektarda aqropark yaradılacaq AÇIQLAMA

12 İyun 2026 04:07see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri