Miranda Kerrin gənclik sirri: Sərt pəhriz, suşidən imtina və qeyri adi qidalanma vərdişləri FOTO
Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Avstraliyalı supermodel Miranda Kerr sağlam qidalanma və gənc qalmasının sirrlərini açıqlayıb.
Bizim.Media xəbər verir ki, dörd uşaq anası olan model bu barədə Let's Be Honest with Kristin Cavallari podkastında danışıb.
Miranda bildirib ki, hər səhərini 13 yaşından bəri qəbul etdiyi 30 millilitr noni şirəsi ilə başlayır.
Bundan sonra bağırsaqlar üçün faydalı hesab etdiyi gülxətmi yarpaqlarından hazırlanmış bitki çayı içir. Səhər yeməyində isə kokos yoqurtu, yerli bal və cəmi “bir tikə banan” yeyir.
Yalnız bundan sonra model kokos südü, ağcaqayın siropu ilə hazırlanmış və tərkibi xüsusi yoxlanılmış qəhvə içdiyini deyib.
Kerr rasionundan süd məhsulları, buğda və yumurtanı tamamilə çıxardığını bildirib. O, zülalı əsasən maral, bizon, quzu və hinduşka ətindən aldığını vurğulayıb.
Model yeməkləri yalnız kokos və ya avokado yağı ilə hazırladığını, zeytun yağından isə yalnız salatlarda istifadə etdiyini qeyd edib. Onun sözlərinə görə, digər bitki yağları menyusunda yer almır.
Miranda Kerr karbohidrat mənbəyi kimi əsasən balqabaq, kök və pasternak kimi tərəvəzlərə üstünlük verir.
Model əvvəllər suşini çox sevdiyini, lakin parazitlərdən ehtiyat etdiyi üçün bu yeməkdən tamamilə imtina etdiyini bildirib. Bununla yanaşı, qara kürü yeməyə davam etdiyini və onu faydalı yağ mənbəyi hesab etdiyini vurğulayıb.


Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 06 Avqust 2026 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















