Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik
Icma.az bildirir, Azertag portalına istinadən.
Qahirə, 4 oktyabr, AZƏRTAC
Misir Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edir.
AZƏRTAC xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi bu gün əl-Alameyn şəhərində keçirilən Afrika İttifaqının 8-ci illik koordinasiya iclasının açılışında deyib.
Misir Prezidenti dövlətlərin münasibətlərinin qarşılıqlı hörmət, mehriban qonşuluq, dialoq və məsləhətləşmə prinsiplərinə əsaslanmasının vacibliyini vurğulayıb. O, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə hörmətin qitədə sabitliyin əsas şərtlərindən olduğunu qeyd edib.
Əbdülfəttah əs-Sisi sərhəd məsələlərinin, o cümlədən su ehtiyatlarının idarəolunmasının qarşıdurma deyil, əməkdaşlıq və beynəlxalq hüquq əsasında həll edilməsinin vacibliyini bildirib.
O, həmçinin 2019-cu ildə qüvvəyə minmiş Afrika Qitəsi Azad Ticarət Zonası təşəbüsünün tam fəaliyyətə başlamasına çağırıb və iqtisadi inteqrasiyanın qitədə sülh və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcəyini vurğulayıb: “Mesajımız bu gün aydın olmalıdır. Belə ki, mövqelərimizi uzlaşdırmaq daha kifayət deyil, imkanlarımızı inteqrasiya etdirməliyik, gələcəyimizi ortaq cəhdlərimizlə qurmalıyıq”.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 04 Oktyabr 2026 16:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















