Icma.az
close
up
RU
MM də uşaqların sosial şəbəkələrdə zərərli təsirlərdən qorunması ilə bağlı ictimai dinləmə keçirilib

MM də uşaqların sosial şəbəkələrdə zərərli təsirlərdən qorunması ilə bağlı ictimai dinləmə keçirilib

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasında "Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması" mövzusunda ictimai dinləmə keçirilib.

APA xəbər verir ki, çıxışlarda 2028-ci ilin sonunadək Azərbaycan dilində böyük dil modellərinin hazırlanmasının, süni intellekt sahəsində idarəetmənin təkmilləşdirilməsinin, məlumatların səmərəli idarə olunmasının və rəqəmsal transformasiyanın sürətləndirilməsinin strateji əhəmiyyəti qeyd olunub.

Bildirilib ki, bu məqsədlərə nail olmaq üçün güclü hüquqi baza, siyasi iradə və ardıcıl qanunvericilik islahatları vacib şərtlərdir.

Eyni zamanda, uşaqların rəqəmsal təhlükəsizliyinin qorunmasının dövlət, məktəb, müəllim, valideyn və rəqəmsal platformaların birgə məsuliyyəti olduğu vurğulanıb. Şagirdlərin rəqəmsal savadlılığının artırılması, şəxsi məlumatların qorunması, məlumatların doğruluğunun yoxlanılması və sosial şəbəkələrdə etik davranış vərdişlərinin formalaşdırılması əsas prioritetlərdən biri kimi göstərilib. Qeyd edilib ki, texnoloji inkişaf yalnız etik prinsiplərə əsaslandığı və insan rifahına xidmət etdiyi halda gələcək nəsillər üçün daha təhlükəsiz, innovativ və dayanıqlı rəqəmsal mühit formalaşdıracaq.

Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi qiymətləndirildiyi diqqətə çatdırılıb.

Qeyd olunub ki, Azərbaycan bu sahədə beynəlxalq konvensiyalara qoşulub, milli qanunvericilik təkmilləşdirilib və Prezident İlham Əliyevin müvafiq sərəncamı əsasında uşaqların rəqəmsal mühitdə qorunmasına yönəlmiş hüquqi və texnoloji mexanizmlər gücləndirilir. Eyni zamanda, Rəqəmsal İnkişaf Şurasında bu istiqamətdə görüləcək tədbirlərin müzakirə olunduğu vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://apa.az
archiveBu xəbər 09 İyul 2026 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qlobal Media Forumu Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

13 İyul 2026 13:30see505

Ramin Nurəhmədov yeni vəzifəyə təyin olundu

12 İyul 2026 11:35see369

Leon Kuk: Dünyanın hər yerindən gələn media nümayəndələrinə sual vermək imkanı yaratmaq unikal hadisədir

13 İyul 2026 15:43see277

Vens: “Razılaşmanın əldə olunmaması məğlubiyyət demək deyil”

12 İyul 2026 11:47see222

Enerji içkiləri ilə bağlı VACİB XƏBƏRDARLIQ!

12 İyul 2026 15:11see218

Tarixdə 1 milyard dollar gəlir gətirən ilk bioqrafik film oldu “MAYKL” REKORD VURDU

13 İyul 2026 03:31see209

ABŞ İrana quru əməliyyatı hazırlaya bilər Ekspert

12 İyul 2026 16:52see200

Bakı Qazax yolunda avtobus qəzası: DYP dən açıqlama

12 İyul 2026 11:20see200

“Barselona” Fermin Lopeslə bağlı şad xəbər aldı

13 İyul 2026 05:14see189

İran üçün böyük plan AKTUAL

12 İyul 2026 11:50see178

13 19 iyul tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

13 İyul 2026 00:18see174

Bakıda ev qiymətinə telefon nömrələri satışa çıxarılır

13 İyul 2026 05:56see164

Tarkan xanımı və qızı ilə

13 İyul 2026 00:46see162

Baloqunun cəzasını təkbaşına ləğv edib FIFA da qalmaqallı qərar

13 İyul 2026 01:50see161

Yalan danışanlar özlərini bu cümlələrlə ələ verir

13 İyul 2026 05:14see158

İrəvanda silahlı ATIŞMA olub TƏCİLİ

13 İyul 2026 01:23see157

Avtomobili insanların üzərinə sürdü, ölənlər var

13 İyul 2026 03:51see156

Azərbaycanda 80 min manata mobil nömrə satılır

12 İyul 2026 14:12see154

Elektrikli avtomobillərdə 5 dəqiqəyə enerji doldurma dövrü yaxınlaşır

13 İyul 2026 05:31see151

Ukrayna sərhədçiləri: Belarusdakı vəziyyət istənilən an dəyişə bilər...

12 İyul 2026 18:19see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri