Icma.az
close
up
RU
Mühasibat və vergi məsləhəti xidməti göstərən şəxslərin inzibati məsuliyyətinə aydınlıq gətirilib

Mühasibat və vergi məsləhəti xidməti göstərən şəxslərin inzibati məsuliyyətinə aydınlıq gətirilib

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən APA-ya bildirilib ki, Fərhad Abdullayevin sədrliyi ilə məhkəmə iclasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin müraciəti əsasında Konstitusiyanın 71-ci maddəsinin VIII hissəsi və 80-ci maddəsinin tələbləri baxımından İnzibati Xətalar Məcəllənin 598.7-ci maddəsinin “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun 3.1 və 3.1.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim F.Məmmədovun məruzəsini, maraqlı subyektlər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin müraciətini və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Bakı Apellyasiya Məhkəməsi, Mərkəzi Bank, Maliyyə Monitorinqi Xidməti, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Vəkillər Kollegiyası tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspert rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Konstitusiyanın 71-ci maddəsinin VIII hissəsinin və 80-ci maddəsinin, hüquqi müəyyənlik və qanunçuluq prinsiplərinin tələblərinə, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun 1.1.7, 1.1.9 və 3-cü maddələrinə əsasən mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər müştərilərinə bu qanunun 3.1.2-ci maddəsində göstərilən əməliyyatların aparılması və ya bu cür əməliyyatların aparılmasında iştirakla bağlı xidmətlər göstərdiyi halda həmin qanunla müəyyən edilmiş öhdəlikləri daşıyır və bu öhdəliklərin pozulması İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə inzibati məsuliyyətə səbəb olur.

“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun 3.1.2-ci maddəsində nəzərdə tutulan “əməliyyatların aparılmasında iştirak” anlayışı həmin maddədə göstərilən əməliyyatların həyata keçirilməsi prosesinə təsir göstərə bilən, onların strukturlaşdırılmasında, hüquqi modelinin hazırlanmasında, rəsmiləşdirilməsində və ya nəticələrinin formalaşdırılmasında real və funksional əhəmiyyət kəsb edən hərəkətlərin icrasını özündə ehtiva edir.

Qeyri-maliyyə institutlarının üzərinə qanun ilə qoyulmuş öhdəliklərin icra edilməli olduğu vaxt hər bir öhdəliyin xarakterindən asılı olaraq həmin qanunun, FATF tərəfindən qəbul edilmiş tövsiyələrin 22 və 23-cü maddələrinin tələbləri və Konstitusiya Məhkəməsi Plenumunun bu qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla müəyyən edilməlidir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://apa.az
archiveBu xəbər 09 İyul 2026 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın NATO ölkəsi olan Polşaya hücum etmək ehtimalı çox aşağıdır

17 İyul 2026 13:00see492

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see321

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see256

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see221

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see221

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see215

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see188

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see180

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see177

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see177

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see177

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see173

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see172

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see170

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see165

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see161

Gürcüstanın yeni tranzit gedişi: Baş nazir regional planlarını açıqladı

17 İyul 2026 19:10see160

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see160

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see157

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri