Münxendə aksiya iştirakçılarını avtomobillə vuran şəxs ömürlük azadlıqdan məhrum edilib
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Münxen Ali Əyalət Məhkəməsi 2025-ci ilin fevralında həmkarlar ittifaqının nümayişi zamanı avtomobili iştirakçıların üzərinə sürərək 2 nəfərin ölümünə səbəb olan şəxsi ömürlük azadlıqdan məhrum edib.
XQ xəbər verir ki, məhkəmə əfqanıstanəsilli 25 yaşlı şəxsi 2 nəfəri qəsdən öldürməkdə və 23 nəfəri qəsdən öldürməyə cəhd göstərməkdə təqsirli bilib. Həmçinin cinayətin xüsusi ağır xarakter daşıdığı müəyyən edilib ki, bu da onun 15 ildən sonra şərti azadlığa buraxılması imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırır.
Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxs 2025-ci ilin fevralında avtomobili qəsdən nümayiş iştirakçılarının üzərinə sürüb. Hadisə nəticəsində 1 qadın və onun 2 yaşlı qızı aldıqları xəsarətlərdən həyatını itirib, çoxsaylı digər şəxslər, o cümlədən bəziləri ağır olmaqla müxtəlif dərəcəli xəsarətlər alıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 06 Avqust 2026 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















