Naməlum şəxs balta ilə Nissan ı yararsız hala saldı VİDEO
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Paytaxtın prospektlərindən birində qeyri-adi hadisə baş verib. Avtosfer.az xəbər verir ki, Rusiyanın Moskva şəhərində baş verən insident mobil telefon vasitəsilə qeydə alınıb.
Məlumata görə, Novoyasenevsk prospektində əlində balta olan naməlum kişi küçədə park edilmiş lüks “Nissan GT-R” markalı idman avtomobilinə hücum edib. Qəzəbli şəxs baltası ilə nəqliyyat vasitəsinə çoxsaylı zərbələr endirərək onu yararsız hala salıb. Avtomobili darmadağın edən şəxs daha sonra soyuqqanlı şəkildə öz maşınına əyləşərək hadisə yerindən uzaqlaşıb. Hücumun hansı səbəbdən baş verdiyi, tərəflər arasında əvvəlcədən düşmənçilik olub-olmaması hələlik məlum deyil. Hazırda polis hadisəni törədən şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlayıb.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 15 İyul 2026 20:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















