Nantaket yaxınlığında dəhşətli hadisə: 6 nəfərin olduğu təyyarənin qalıqları tapıldı KONKRET
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-ın Massaçusets ştatının Nantaket adası yaxınlığında göyərtəsində 6 nəfərin olduğu təyyarə ilə bağlı axtarışlarda mühüm nəticə əldə olunub.
KONKRET.az xəbər verir ki, ABŞ Sahil Mühafizəsi Bermud adalarından Bostona uçan “Gulfstream” təyyarəsinin qalıqlarını aşkarlayıb.
Qurumun məlumatına görə, axtarış-xilasetmə qrupları Nantaket sahillərində təyyarə qalıqlarının olduğu ərazini müəyyənləşdirib və onların itkin düşmüş hava gəmisinə aid olduğunu təsdiqləyib.
Qeyd edilib ki, təyyarə ilə əlaqə şənbə günü səhər saatlarında kəsilib. Bundan sonra ABŞ Sahil Mühafizəsi və digər aidiyyəti qurumlar Nantaket sahillərində genişmiqyaslı axtarış əməliyyatına başlayıb.
Axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Günay Əli
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 04 Oktyabr 2026 09:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















