Nazirlik bölgədəki stadionu bu klubun ixtiyarına verdi
Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Gənclər və İdman Nazirliyi (GİN) "Səbail"i sevindirib.
Sportal.az "sportinfo.az"a istinadən xəbər verir ki, GİN I Liqada mübarizə aparan klubun istəyini müsbət cavablandırıb.
Dövlət qurumu onun sərəncamında olan Quba Olimpiya Kompleksini "Səbail"ə icarəyə verməyə razılaşıb.
Sözügedən məkan qarşıdakı 15 il ərzində sabiq «dənizçilər»in ixtiyarında qalacaq. Bu müddətdə arenanın bütün məsrəfləri aşağı liqa təmsilçisi tərəfindən qarşılanacaq.
Yeri gəlmişkən, "Səbail" Ədliyyə Nazirliyinə müraciət edib. Bu ilin yayında klubu himayəsinə götürmüş və onu Bayıldan Qubaya köçürmək niyyəti olan yeni rəhbərlik bu prosesi rəsmiləşdirməyə çalışır.
Nazirliyə müraciətin səbəbi də budur. Sabiq "dənizçilər" oktyabrın üçüncü yarısına qədər bu işi bitirməyi planlaşdırır.
Başqa bir problem ortaya çıxmasa, "Səbail" noyabr ayından etibarən "Quba" FK adıyla I Liqada çıxışını davam etdirəcək.
"Səbail" hazırda 7 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. 2 qələbə və 1 heç-heçə əldə edən kollektiv ilk iki pilləni bölüşən "Şahdağ"la "Gəncəbasar"dan 2 xal geridədir.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 04 Oktyabr 2026 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















