Nepalda vətəndaşlara Azərbaycan və Kanadada iş vəd edən dələduzlar saxlanılıb
Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Nepal polisi pul müqabilində vətəndaşlara xaricdə, o cümlədən Azərbaycan və Kanadada iş vəd edən 2 nəfəri dələduzluq şübhəsi ilə saxlayıb.
"Report" Nepal mediasına istinadən xəbər verir ki, saxlanılanlar paytaxt Katmanduda yaşayan 56 yaşlı Punya Prasad Niraula və 20 yaşlı Şreya Şresthadır.
Nepal Polisi Mərkəzi İnformasiya Mərkəzinin məlumatına görə, zərərçəkmişlərdən hər iki şübhəli barəsində şikayətlər daxil olub. Niraula şikayətçilərin birindən Azərbaycanda iş təşkil edəcəyini vəd edərək 3,2 milyon Nepal rupisi (35 min manatdan çox - red.) almaqda ittiham olunur. Şrestha isə öz növbəsində başqa bir şəxsə Kanadada iş vəd etməsi müqabilində 345 min rupi (3800 manatdan çox - red.) almaqda şübhəli bilinir.
Pulları aldıqdan sonra hər iki şübhəli şikayətçilərlə əlaqəni kəsib.
Tahaçal rayonunun Xaricdə Məşğulluq Departamenti və yerli polis saxlanılanlara qarşı sonrakı tədbirlərin görülməsi üçün dələduzluq faktları üzrə araşdırma aparır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 05 Noyabr 2026 19:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















