“Nitsa” terror qurbanlarının xatirəsinə xüsusi formada oynayacaq FOTO
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
Fransanın “Nitsa” futbol klubu şənbə günü “Le Man”a qarşı keçirəcəyi ev oyununda 2016-cı il terror aktı qurbanlarının xatirəsinə hazırlanan xüsusi üçüncü formada meydana çıxacaq.
İdman.Biz xəbər verir ki, klub yeni formasını təqdim edib.
Formanın üzərində terror aktında həyatını itirən 86 nəfəri simvolizə edən 86 ulduz yerləşdirilib. Qızılı rəngin də həmin ulduzların işığını ifadə etdiyi bildirilib.
Bundan başqa, formada ürək təsviri və faciə qurbanlarının adları yer alıb.
Qeyd edək ki, 2016-cı il iyulun 14-də Nitsada Fransanın milli bayramı zamanı yük maşını Promenade des Anglais-də insanların üzərinə sürülüb. Terror aktı nəticəsində 86 nəfər həyatını itirib, yüzlərlə insan yaralanıb.
Bu mövzuda digər xəbərlər:“Nitsa” “Marsel” oyununda kütləvi dava düşüb FOTO
22 Noyabr 2025 04:06
“Fənərbaxça” “Nitsa”ya qarşı
02 Oktyabr 2025 09:59
“Nitsa”nın forvardı Türkiyə yolunda
15 İyun 2025 23:27
Barselona Nitsa nın qapıçısını istəyir
16 Yanvar 2025 15:41
“Nitsa” azarkeşləri klubun oyunçularını döyüblər
01 Dekabr 2025 21:46
Baxış sayı:115
Bu xəbər 03 Sentyabr 2026 17:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















