NYT: Demokratların Senata namizədləri beş respublikaçı ştatda mövqelərini gücləndirirlər
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ Demokrat Partiyasının Senata namizədləri Donald Trampın 2024-cü il prezident seçkilərində inamlı qələbə qazandığı beş ştatda mövqelərini gücləndirirlər.
“The New York Times” və "Siena College" tədqiqat institutunun keçirdiyi sorğunun nəticələrinə görə, demokratlar ənənəvi olaraq respublikaçılara səs verən Texas və Alyaskada Senat uğrunda yarışda öndədirlər.
Qəzet yazır ki, son illərdə siyasi baxımdan sağa meyillənən Ohayoda da demokratların üstünlüyü var. Ayovada respublikaçılar cüzi üstünlüyü qoruyurlar, Kanzasda isə demokrat və respublikaçı namizədlərin göstəriciləri bərabərdir. Qeyd olunur ki, Kanzas 1932-ci ildən bəri demokrat senatoru dəstəkləməyib.
Nəşrin məlumatına görə, beş ştatın hamısında demokratlar müstəqil seçicilər arasında respublikaçılardan daha çox dəstəyə malikdirlər. Bu seçici qrupunun səsləri bir çox hallarda seçkilərin nəticəsinə təsir göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 04 Oktyabr 2026 03:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















