Ödənişlər zamanı vətəndaşın kartından əlavə pul tutulacaqmı?
Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Mərkəzi Bankı bank kartları ilə ödənişlərdə tətbiq olunan komissiyalara limit qoyub və bu barədə çox sual gəlir ki, vətəndaşın kartından əlavə pul tutulacaqmı?
Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı iqtisadçı Eldəniz Əmirov deyib ki, adi istehlakçının kartından ayrıca yeni komissiya tutulmur:
"Bunun sadə dildə izahı budur ki, banklar və ödəniş iştirakçıları kartla ödəniş zamanı öz aralarında bölüşdürdükləri interçeync komissiyasına görə artıq müəyyən edilmiş yuxarı həddi keçə bilməyəcəklər.
Məsələn, vətəndaş marketdə kartla 100 manat ödəyəndə əvvəllər həmin məbləğin, tutaq ki, 2 manata yaxın hissəsi banklar arasında komissiya kimi bölüşdürülə bilirdisə, indi yeni qərarla supermarket və ərzaq kateqoriyasında bu hədd maksimum 1 manat 25 qəpik olacaq. Vətəndaş üçün 100 manat elə 100 olaraq, qalacaq. Beləliklə, yeni limitlərə görə dərman və aptek, həmçinin ərzaq və supermarket kateqoriyalarında bu hədd 1.25 faiz, benzin satışında 0.75 faiz, ümumi kateqoriyada isə 1.5 faiz müəyyən edilib".
İqtisadçı hesab edir ki, bu qərarın əsas məqsədi nağdsız ödənişləri genişləndirmək, POS terminlların yayılmasını sürətləndirmək və xüsusilə kiçik sahibkarların kart qəbul etməyə marağını artırmaqdır:
"Çünki bəzi obyektlər yüksək komissiyaya görə kart qəbuluna isti baxmırdı. Məncə adi istehlakçı qısa müddətdə ciddi mənfi təsir hiss etməyəcək. Əksinə, kartla ödəniş imkanlarının daha da genişlənməsi mümkündür.
Amma qərarın dolayı təsirləri də ola bilər. Dünya praktikasında interçeng tipli gəlirlərin retail yönümlü bankların ümumi gəlirlərində payı təxminən 2-6 faiz civarında qiymətləndirilir. Azərbaycanda dəqiq statistika açıqlanmasa da, oxşar diapazon ehtimal edilir. Yeni limitlərdən sonra bu gəlirlərdə müəyyən azalma mümkündür. Buna görə gələcəkdə bəzi keşbek kampaniyalarının zəifləməsi, bonus proqramlarının azalması, müəyyən kart üstünlüklərinin dəyişməsi, bəzi xidmətlərin ödənişli olması və ya premium kart modellərinin genişlənməsi ehtimalı var. Çünki bir çox loyallıq proqramları məhz həmin komissiya gəlirləri hesabına maliyyələşirdi.
Uzunmüddətli baxanda isə bu addım daha çox nağdsız iqtisadiyyatın böyüməsinə, dövriyyənin şəffaflaşmasına və ödəniş bazarında daha sistemli qaydaların formalaşmasına təsir edəcək".
Süleyman
Bu mövzuda digər xəbərlər:Pensiyalardan əlavə bu şəxslərə ÖDƏNİŞLƏR EDİLƏCƏK
19 Sentyabr 2025 09:39
Mexaniki sayğaclara əlavə ödənişlər vurulur AÇIQLAMA
19 Aprel 2026 12:26
Gecikmiş ödənişlər aktivləşir: kimlərin kartından pul çıxılacaq?
05 Aprel 2026 20:01
Bir qrup müəllimə əlavə ödənişlər ediləcək ADLAR
09 İyul 2025 23:49
Bu bağçalarda valideynlərdən əlavə ödənişlər tələb olunmayacaq
27 Noyabr 2025 13:13
Baxış sayı:128
Bu xəbər 04 İyun 2026 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















