Oğuzda Panel Fabriki fəaliyyətə başlayıb, yerli istehsalat gəncləri kəndə qaytarır
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Oğuz, 4 iyun, AZƏRTAC
Oğuzdan olan sahibkar kəndə investisiya yatıraraq çoxlarını təəccübləndirib. İndi bu uğurlu layihədən 25 ailə bəhrələnir. Gələcəkdə isə daha çox insanın kənddə işlə təmin olunması nəzərdə tutulur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə Oğuz rayonunun Padar kəndində həyata keçirilir.
Bu, ölkəmizdə biznes mühitinin şəffaflığından, özəl sektora davamlı dövlət dəstəyindən xəbər verir. Hazırda bu layihə çərçivəsində ilkin mərhələdə 25 nəfər daimi işlə təmin olunub.
Oğuz Panel Fabrikinin icraçı direktor Xəyal İsmayılov bildirir ki, fabrikdə mebel avadanlıqları, əsasən də mebelllər üçün qapaqlar hazırlanır.
Xəyal İsmayılov fabrikin dünya standartlarına uyğun texniki avadanlıqlarla təmin olunduğunu, istənilən formada mebel qapaqları hazırladıqlarını, hətta vətəndaşların öz zövqünə uyğun layihələri icra etmək imkanlarına malik olduqlarını bildirir. Qısa müddət ərzində fəaliyyət göstərmələrinə baxmayarq ölkənin əksər rayonlarına məhsullar göndərildiyini qeyd edən Xəyal İsmayılov hədəflərinin xarici bazarlar olduğunu, bununla bağlı danışıqların aparıldığını bildirir.
Padar kənd icra nümayəndəliyinin baş məsləhətçisi Roman Daşdəmirov deyir ki, 2600 nəfərin məskunlaşdığı yaşayış məntəqəsində belə bir investisiyanın yatırılması və fabrikin fəaliyyət göstərməsi olduqca uğurlu və sevindirici hadisədir: “Əsasən gənclər iş axtarmaq məqsədilə başqa yerlərə üz tuturlar. Məhz fabrikin işə düşməsindən sonra 20 nəfər geri dönərək fabrikdə çalışmağa başlayıb. Gələcəkdə burada istehsal artdıqca digər gənclərin də işlə təmin olunması nəzərdə tutulur ki, bu da məşğulluğun təmin olunması, gənclərin öz el-obasında daha rahat fəliyyət göstərməsinə səbəb olacaq”.
Müxbir - Rasim İslamoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 04 İyun 2026 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















