Ölənlərin üzündəki o dinc ifadə... Buddist tabutçunun gündəliyi ndən bir hissə
Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.
Bu gün yapon yazıçı Aoki Sinmonun anım günüdür.
Kulis.az onun məşhur "Tabutçu: Bir buddist dəfn ustasının gündəliyi" ("Coffinman: The Journal of a buddhist mortician") əsərindən müəyyən hissələri təqdim edir.
Əslində, heç bir ölüm növü cəmiyyətin üzərinə intihar qədər ağır yük qoymur. Çünki intihar - insanın cəmiyyətdən özgələşməsini və yadlaşmasını həll etmək üçün əl atdığı bir yoldur.
***
Mən iddia edərdim ki, ölənlər arasında "yaxşı" və ya "pis" insanın olmadığını demək daha dəqiq olardı... Bir çox buddist şərhlərində deyilir ki, yaxşı insan "Təmiz Torpağa" (Cənnətə) qovuşmaq üçün öz daxili gücünə güvənir, pis insan isə bu cür davranmır. Bu haqda müxtəlif izahlar irəli sürülür, lakin ölənlərin üzündəki o dinc və sakit ifadə bu yorucu mübahisələrdən tamamilə bixəbərdir.
***
İnsan öləndə gözəl bir ölümlə həyata vida etmək istəyir. Lakin "gözəl ölüm" dedikdə nəyin nəzərdə tutulduğu hər zaman aydın olmur. Əziyyət çəkmədən ölmək, başqalarına yük olmadan ölmək, geridə gözəl bir cəsəd qoyub gitmək, elə ölən anda da yaxşı görünmək... "Gözəl ölüm" dedikdə tam olaraq nəyin nəzərdə tutulduğu qeyri-müəyyəndir. Gözəl ölüm insanın necə ölməsinə, yoxsa ölümündən sonra cəsədinin vəziyyətinə aiddir? Bu fərq aydın deyil. Ölüm təsəvvürünüzü öz istədiyiniz ölüm obrazına uyğun olaraq cəsədin necə dəfn edilməsi məsələsinə qədər genişləndirməyə başladıqda isə hər şey nəzarətdən çıxır.
***
Haqqımız olan bir aləmə müdaxilə edən müasir təbabət, keçmişdəki insanların ən dəyərli şey saydıqları o son anın - ölüm məqamının ləyaqətini əlimizdən alır.
***
Əgər baxış bucağımızı həyat nöqtəsindən başqa tərəfə dəyişməsək, ölüm haqqında nə qədər düşünmək istəsək də, bu, sadəcə həyat haqqındakı düşüncələrimizin bir davamı olaraq qalacaq.
***
Qurd (mütəxəssis olmayanların qurd dediyi o sürfə) da sadəcə başqa bir canlı formasıdır.
Rus dilindən tərcümə: Aydan Ağayeva
Averroesin axtarışı - Xorxe Luis Borxesin hekayəsi “Aşıq Ələsgərin anım tədbirləri” layihəsinə yekun vuruldu Edam edilən ər-arvad, korrupsiyaya batan Nyu-York... - Amerikanı ifşa edən yazıçı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 06 Avqust 2026 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















