Olimpiadaya hazırlaşan qadın şahmatçıların Şabranda təlim məşq toplanışı olub FOTO
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
Sentyabrda Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək 46-cı Ümumdünya Şahmat Olimpiadasına hazırlaşan qadın şahmatçılardan ibarət Azərbaycan millisi Şabranda təlim-məşq toplanışında iştirak edib.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.
Bildirilib ki, hazırlığa komandanın kapitanı Nicat Abasov və məşqçi Qədir Hüseynov rəhbərlik edib.
Təlim-məşqdən sonra milli komandanın üzvləri Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi ilə görüşüb. Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov olimpiadaya hazırlıq proqramı və şahmatçıların mötəbər yarışa qədər hansı turnirlərdə iştirak edəcəyi ilə maraqlanıb.
Qeyd edək ki, qadın şahmatçılardan ibarət milli komandaya Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Günay Məmmədzadə və Gülnar Məmmədova dəvət olunub.
Ümumdünya Şahmat Olimpiadası sentyabrın 15-dən 27-dək davam edəcək.
Baxış sayı:105
Bu xəbər 13 İyul 2026 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















