Icma.az
close
up
RU
Ölkədə ilk dəfə Təbiətin Dostları Festivalı keçirildi FOTO

Ölkədə ilk dəfə Təbiətin Dostları Festivalı keçirildi FOTO

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

“Nurlu Sabah” Gənclərə Qayğı İctimai Birliyinin və “Bu gün TV Media Qurumu”nun təşkilatçılığı ilə ölkədə ilk dəfə “Təbiətin Dostları Festival”ı təşkil olunub.

Redaktor.az xəbər verir ki, tədbirdə 20 autizm spektr pozuntusu olan uşaq və onların valideynləri iştirak ediblər. 

“Təbiətin Dostları Festivalı” layihəsinin əsas məqsədi benefisiar uşaqların sosial, emosional və zehni inkişafına dəstək göstərməkdir. 
Təbiət mühitində təşkil olunan tədbirdə uşaqlar valideynləri ilə birlikdə müxtəlif ekoloji fəaliyyətlərə cəlb olunublar. Onlara heyvanlara, quşlara, ümumilikdə ətraf mühitə qayğı və sevgi göstərmək aşılanıb. Sonra uşaqlar quş və heyvanlar üçün evciklər quraşdırıb, rəngləyərək təbiətə hədiyyə ediblər. 

Layihənin rəhbəri, Əməkdar jurnalist Elnarə Dərziyeva bildirib ki, ümumilikdə, əlilliyi olan uşaqlarla həyata keçirilən bu kimi fəaliyyətlər onların ünsiyyət bacarıqlarının inkişafına, diqqət və müşahidə qabiliyyətinin güclənməsinə, eyni zamanda cəmiyyətə inteqrasiyasına müsbət təsir göstərir. “Təbiətin Dostları”  Festivalının fəsillər üzrə davamlı şəkildə, bölgələrdə də keçirilməsi planlaşdırılır. Əsas hədəf həssas qrupdan olan uşaqlarda empatiya, məsuliyyət və təbiətə sevgi hissinin formalaşdırmaqdır. Festival eyni zamanda valideynlər və cəmiyyət üçün maarifləndirici rol oynayır, belə uşaqlara qarşı daha həssas və dəstəkləyici sosial mühitin formalaşmasına xidmət edir”, - o əlavə edib.

Tədbir çərçivəsində, açıq səma altında, çəmənlik ərazidə Yoqa festivalı da təşkil olunub. Yoqaçı İlhamə Şirinova benefisiarlara və analara təlim keçib. Onlara  təbiəti sevmək, onunla mərhəmətli davranmağı aşılayıb.  
Sonra şair, qiraət ustası  Səbuhi Zamanın aparıcılığı ilə konsert proqramı təşkil olunub. Autizm spektr pozuntulu uşaqlar öz istedadlarını nümayiş etdiriblər. Şeir deyib, müxtəlif çalğı alətlərində musiqilər ifa edib, oxuyub, oynayıblar. 

Festivala qatılan “Azad” rəqs ansamblının kollektivi isə bir-birindən gözəl rəqs nömrələri ilə dostlarını təbrik ediblər. 

Daha sonra uşaqlar təbiəti özündə əks etdirən çərpələngləri və sülhün, sevginin rəmzi olan ağ göyərçinləri səmaya uçurublar. Valideynlər onlara belə xoşbəxt günü yaşadan tədbir təşkilatçılarına minnətdarlıqlarını bildirblər.     
Sonra tədbirin benefisiarları, UAFA təşkilatının Valideyin birliyinin sədri Zəhra Xələfova, “Azad” rəqs ansamblının rəhbəri Rəhim Babayev və üzvləri təltif olunublar. 

Korporativ sosial məsuliyyət yönümündə “Təbiətin Dostları Festivalı”na dəstək göstərən şirkətlərə - Ganja Park Rezidence MTK-nın nümayəndəsi Ayxan Heydərova, “CPM” investisiya şirkətinin direktoru Nəriman Hadıyevə, “Amper” MMC-nin Marketinq departamentinin rəhbəri Rişad Səmədov, “Snerjipro” şirkətinin rəhbəri Ufuk Aydın, “Qardaşlar” Mebel QSC-nin Marketinq və kommunikasiya direktoru Arzu Salman, “YaaRa” tekstil şirkətinin rəhbəri Yaqut Bayram, SAİF boya şirkəti, “Günaydın” restoranlar şəbəkəsi və tədbirə ev sahibliyi edən “Omar” Atçılıq Klubunun nümayəndəsi Altun Zeynalova minnətdarlıq ifadə olunub, onlara təşəkkürnamələr təqdim edilib.

Redaktor.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 İyun 2026 19:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gənclərimizi müasir elmi trendlərlə tanış etmək çox vacibdir”

11 İyun 2026 21:09see334

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

10 İyun 2026 16:52see277

Yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır

10 İyun 2026 12:19see252

Bu gün Dünya Çempionatı başlayır Açılış matçının saatı

11 İyun 2026 09:12see215

İranlı deputatdan Azərbaycanla bağlı SENSASİON ÇIXIŞ

10 İyun 2026 22:12see213

Bu məkanlar BŞİH dən alındı

10 İyun 2026 21:24see209

Azərbaycanla münasibətlərimiz strateji səviyyəyə yüksəlib Amerikalı senator

10 İyun 2026 21:34see206

Nevroloqlarımız İstanbul konfransında

11 İyun 2026 12:02see195

Şamaxı millimizin müdafiəçisini transfer etdi RƏSMİ

10 İyun 2026 21:22see192

284 saylı məktəbdə birinci sinfə qəbul ləğv olunub? VİDEO

10 İyun 2026 23:51see183

Fransa və İspaniya ön planda: futbol üzrə dünya çempionatının favoritləri açıqlandı “The New York Times“

10 İyun 2026 21:00see181

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

10 İyun 2026 21:23see176

Tramp: ABŞ İrandan milyonlarla barel neft çıxarıb

10 İyun 2026 21:16see174

Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib

11 İyun 2026 12:01see174

Gənclər Liqası: “Sabah” “Bazel”lə qarşılaşacaq

10 İyun 2026 21:17see171

Məktəblərdə mobil telefonların qadağası ilə bağlı nəzarət mexanizmləri tətbiq edilir

10 İyun 2026 21:50see169

Günəşdən qoruyucu krem əvəzinə bundan istifadə olunur

12 İyun 2026 04:27see167

Vuçiç istefa verəcək: “Sizə xəbər verəcəyəm”

11 İyun 2026 13:32see167

Bir dəqiqəyə bir kiloqram bal yedi

11 İyun 2026 01:11see164

Bu rayonda 122 hektarda aqropark yaradılacaq AÇIQLAMA

12 İyun 2026 04:07see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri