Oman və İran XİN başçıları Hörmüz boğazında gəmiçilik azadlığını müzakirə edib
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Omanın xarici işlər naziri Bədr bin Həməd bin Həmud əl-Busaidi və İranın xarici işlər naziri Abbas Əraqçi telefon danışığı zamanı regional eskalasiyanı və Hörmüz boğazında gəmiçilik azadlığının təmin olunmasını müzakirə ediblər.
APA xəbər verir ki, bu barədə Oman Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Tərəflər hərbi eskalasiyanın dayandırılmasının və bütün tərəflərin maraqlarını nəzərə alan sülh yönümlü siyasi həll yollarının hazırlanmasının zəruriliyini vurğulayıblar”, - deyə açıqlamada bildirilib.
Nazirlər həmçinin Hörmüz boğazı vasitəsilə kommersiya gəmilərinin və enerji daşıyıcılarının maneəsiz hərəkətinin təmin olunmasının vacibliyini qeyd ediblər.
Bu mövzuda digər xəbərlər:İran və Oman Hörmüz boğazında gəmiçilik azadlığını müzakirə ediblər
24 May 2026 22:44
İran və Oman Hörmüz boğazında təhlükəsiz naviqasiya protokolu hazırlayacaqlar İran XİN müavini
02 Aprel 2026 17:54
İran və Oman Hörmüz boğazında yeni qaydaları hazırlayır
04 May 2026 13:12
İran və Fransa XİN başçıları Hörmüz boğazına dair müzakirə aparıb
15 Mart 2026 15:04
Baxış sayı:118
Bu xəbər 10 İyul 2026 00:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















