Onlayn satış edən şəxslə bağlı iddia Pulu alır, məhsulu göndərmir
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Onlayn satış həyata keçirən şəxs vətəndaşları aldadır.
Milli.Az-a müraciət edən zərərçəkənin sözlərinə görə, "TikTok"da canlı yayımlar açaraq satış edən qadın müştərilərdən məhsulların ödənişini əvvəlcədən alır, lakin sifarişləri göndərmir.
Şikayətçi bildirib ki, ödəniş etdikdən sonra satıcı ilə əlaqə saxlamağa çalışsa da, telefon nömrəsinə zəng çatmayıb, yalnız "WhatsApp" vasitəsilə yazışmaq mümkün olub. Onun sözlərinə görə, məhsulun göndərilməsini və ya ödənilən məbləğin geri qaytarılmasını tələb etdikdə kobud cavab alıb və daha sonra bloklanıb.
Şikayətçi yazışmaların, ödəniş çeklərinin və digər sübutların mövcud olduğunu bildirib.
İddiaya görə, həmin şəxs hər axşam "TikTok"da canlı yayım açaraq satış həyata keçirir. Canlı yayımlar zamanı məhsulların pulunu əvvəlcədən ödəyən bəzi istifadəçilərin şərhlərdə "pulumuzu qaytarın" və "şikayət edəcəyik" yazdıqları, satıcının isə buna sərt cavab verdiyi iddia olunur. Bildirir ki, "Qaytarmıram. Gedin nə edirsinizsə, edin. Yaxşı edirəm".
Şikayətçinin sözlərinə görə, satıcının ünvanı soruşulduqda isə yalnız Xırdalan ərazisində yaşadığını bildirir.
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)
Baxış sayı:129
Bu xəbər 08 İyul 2026 19:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















