Icma.az
close
up
RU
Pakistan XİN rəsmisi: Azərbaycan Prezidentinin regional təşəbbüsləri təqdirəlayiqdir

Pakistan XİN rəsmisi: Azərbaycan Prezidentinin regional təşəbbüsləri təqdirəlayiqdir

Apa.az saytına istinadən Icma.az xəbər verir.

“IV Şuşa Qlobal Media Forumunun ilk sessiyası olduqca təsirli keçdi. Azərbaycan Prezidenti İlham Əliyev sessiyada şəxsən iştirak edərək bütün sualları səbirlə cavablandırdı, həm regional, həm də beynəlxalq məsələlərə toxundu”.
APA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Pakistan Xarici İşlər Nazirliyinin Mətbuat katibinin ofisinin direktoru Mariah Atiq deyib.
O bildirib ki, Prezident İlham Əliyevin Azərbaycanın dünyanın orta güclərindən birinə çevrilməsi istiqamətində nümayiş etdirdiyi liderlik onda dərin təəssürat yaradıb.
“Azərbaycan Prezidentinin region ölkələrini bir araya gətirmək istiqamətində oynadığı rol həqiqətən də təqdirəlayiqdir.

Qarabağ bölgəsinə səfər etmək imkanına malik olduğum üçün isə çox şadam. İşğaldan azad olunmuş əraziləri yaxından görmək imkanım olmamışdı. Burada olmaq mənim üçün həm mənalı, həm də dəyərli təcrübədir. IV Şuşa Qlobal Media Forumunun iştirakçısı olmaqdan böyük məmnunluq və həyəcan hissi keçirirəm. Hesab edirəm ki, forum çox yüksək səviyyədə təşkil olunub. Bu münasibətlə təşkilatçıları səmimi qonaqpərvərliklərinə və yüksək təşkilatçılıqlarına görə təbrik edirəm
Prezident İlham Əliyevə Pakistan rəhbərliyi haqqında söylədiyi xoş sözlərə və Pakistanın İran ilə ABŞ arasında sülhün təşviqi istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirdiyinə görə səmimi təşəkkürümü bildirirəm. Pakistan bundan sonra da sülh təşəbbüslərinə öz töhfəsini verməyə davam edəcək və ölkəmiz, eləcə də rəhbərliyimiz haqqında səsləndirilən bu fikirləri yüksək qiymətləndiririk”, – Mariah Atiq bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://apa.az
archiveBu xəbər 13 İyul 2026 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see472

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see464

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see298

Prezidentin Naxçıvana səfərinin tarixi siyasi əhəmiyyəti və mədəni irsə töhfəsi ŞƏRH

17 Avqust 2026 09:22see282

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see253

Generallar Abbasəli Novruzovun dəfn mərasimində Foto KONKRET

17 Avqust 2026 10:11see241

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see220

Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb

17 Avqust 2026 07:15see212

Nəhəng asteroid Yerə doğru gəlir? Kritik açıqlama

17 Avqust 2026 21:16see204

30 yaşdan sonrakı beyin...

17 Avqust 2026 21:08see190

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see184

“Gözdə olan qara su zamanı itirilən görmə faizini geri qaytarmaq mümkün deyil” OFTOLMOLOQ

17 Avqust 2026 16:46see182

Trampdan İranla bağlı şok etiraf: “Məqsədimiz…”

17 Avqust 2026 12:28see175

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see172

Çelsi nin sabiq hücumçusu Premyer Liqaya qayıda bilər

17 Avqust 2026 21:00see166

Çin buna görə sürətlə inkişaf edib (Video)

18 Avqust 2026 05:05see159

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see159

Hücum təhlükəsi: Moskvada festival təxirə salındı

18 Avqust 2026 01:43see154

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see153

Azərbaycan və Türkiyə polisinin birgə əməliyyatı: cinayətkar şəbəkə üzvü həbs edildi VİDEO

17 Avqust 2026 11:43see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri