“PalmPay”in əhatə dairəsi genişlənir: Ovuc ilə ödənişlər artıq 5 yeni ünvanda
Icma.az, Marja.az portalına istinadən məlumat yayır.
“MPAY” MMC-nin təqdim etdiyi innovativ ödəniş həlli olan “PalmPay”in əhatə dairəsi genişlənir.
Artıq istifadəçilər 5 yeni mağazada alış-veriş zamanı ödənişlərini sadəcə ovuc ilə həyata keçirə biləcəklər.
“PalmPay”in istifadəyə verildiyi yeni ünvanlar aşağıdakılardır:
• Megastore - Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küç. 507/511
• Megastore - Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küç. 60
• Megastore - Nəsimi rayonu, Nizami küç. 129E
• Bolmart - Binəqədi rayonu, Mir Cəlal küç. 72
• Grandmart - Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küç. 134
“PalmPay”ə qoşulmaq istəyən istifadəçilər qeyd olunan ünvanlarda quraşdırılmış stendlərə yaxınlaşaraq qeydiyyatdan keçə və ovuc ilə ödəniş təcrübəsini sınaya bilərlər.
Xatırladaq ki, “PalmPay” texnologiyası kart və ya mobil telefon olmadan ödəniş etməyə imkan yaradaraq, istifadəçilərə daha sürətli, rahat və innovativ ödəniş təcrübəsi təqdim edir.
“PalmPay”in yeni ünvanlarda istifadəyə verilməsi ilə istifadəçilər ovuc ilə ödəniş imkanından daha çox satış nöqtəsində yararlana biləcəklər. “MPAY” MMC tərəfindən təqdim olunan bu innovativ ödəniş həllinin əhatə dairəsinin növbəti mərhələlərdə daha da genişləndirilməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 03 Sentyabr 2026 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















