Paşinyan Putinin dediklərinə belə reaksiya verdi: “Etiraz etməyəcəyik”
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin Bişkekdə jurnalistlərlə söhbəti zamanı Gümrüdəki Rusiya hərbi bazasının Ermənistandan çıxarılması məsələsinə münasibət bildirmiş və Ermənistan tərəfinin belə bir təklifi olarsa, hərbi bazanın dərhal çıxarılacağını demişdi.
Yeniavaz.com xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan da bu barədə danışıb.
O Bişkekdə Vladimir Putinlə aralarında bu barədə hər hansı dialoqun baş tutmadığını bildirib:
“Bu müddət ərzində biz Ermənistanda yerləşən Rusiyanın 102-ci hərbi bazası məsələsini heç vaxt qaldırmamışıq. Bu o demək deyil ki, biz 102-ci hərbi bazanın Ermənistan ərazisində mövcudluğunu həyati zərurət hesab edirik. Əgər Rusiya hərbi bazanı Ermənistan Respublikasından çıxarmaq qərarına gəlsə, biz buna etiraz etməyəcəyik. Amma qalmaq istədiklərini bildirsələr, bunu da müzakirə etməyə hazırıq. Lakin biz bu müddət ərzində heç vaxt bu məsələni qaldırmamışıq”.
Bu mövzuda digər xəbərlər:Paşinyan: “Rusiya bazanı çıxarmaq qərarına gəlsə, etiraz etməyəcəyik” FOTO
03 Sentyabr 2026 12:54
Paşinyan Putinin referendum açıqlamasına cavab verdi
11 May 2026 15:55
Paşinyan Putinin qəbuluna gedəcək
11 Sentyabr 2025 13:13
Paşinyan: Putinin narahatlığı varsa...
11 İyun 2026 16:35
Paşinyan Putinin toplantısına gedəcək
18 İyun 2026 13:27
Baxış sayı:72
Bu xəbər 03 Sentyabr 2026 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















