Icma.az
close
up
RU
Paşinyan seçkilərdə qalib gələcək, sülhün qapıları tayba tay açılacaq ŞƏRH

Paşinyan seçkilərdə qalib gələcək, sülhün qapıları tayba tay açılacaq ŞƏRH

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mövcud siyasi tendensiyalar göstərir ki, Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsi yeni hərbi qarşıdurma deyil, sabitlik və iqtisadi inkişaf istəyir

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca siyasi vəziyyət gərginləşir. Baş nazir Nikol Paşinyan həm xarici təzyiqlər, həm də daxildə güclənən revanşist qüvvələrin təbliğatı fonunda ciddi siyasi sınaq qarşısındadır. Xüsusilə Rusiya ilə münasibətlərdə yaranan soyuqluq və Moskvanın İrəvana yönəlik sərt mesajları seçkiöncəsi vəziyyəti daha da mürəkkəbləşdirir.

Rusiya rəhbərliyinin Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı gələcəyi ilə bağlı verdiyi mesajlar, iqtisadi əməkdaşlıq sahəsində təzyiqlərin artması Moskvanın Paşinyan hakimiyyətindən narazılığını açıq şəkildə göstərir. Kreml İrəvanın Qərbə yaxınlaşma siyasətini öz maraqlarına təhdid kimi qiymətləndirir və bu səbəbdən Ermənistana siyasi-iqtisadi təsir imkanlarını qorumağa çalışır.

Digər tərəfdən, ölkə daxilində revanşist müxalifət Paşinyanı Qarabağ məsələsində Azərbaycana güzəştə getməkdə ittiham edir. Müxalif qüvvələr cəmiyyətdə formalaşan narazılıqdan istifadə etməyə, hakimiyyətin mövqelərini zəiflətməyə çalışırlar. Bu isə seçkilər yaxınlaşdıqca daxili qarşıdurmanın daha da sərtləşəcəyini göstərir.

Hazırkı vəziyyət onu deməyə əsas verir ki, Ermənistan qarşıdakı dövrdə həm geopolitik seçim, həm də daxili siyasi sabitlik baxımından həlledici mərhələyə daxil olur. Ermənistandakı seçkiöncəsi prosesləri şərh edən Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Üzeyir Mustafayev Sherg.az-a bildirib ki, bir neçə gün sonra Ermənistanda keçiriləcək parlament seçkiləri Cənubi Qafqaz regionunda sülh və təhlükəsizlik arxitekturasının gələcəyi, eləcə də Ermənistanın gələcəyi ilə bağlı bir çox suallara aydınlıq gətirəcək.

Politoloqun sözlərinə görə, hazırda seçkilərdə üç əsas siyasi qüvvə mübarizə aparır və məhz bu qüvvələr arasındakı rəqabət Ermənistanın gələcək siyasi kursunu müəyyənləşdirəcək:

“Bunlardan birincisi hazırkı baş nazir Nikol Paşinyan və onun rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyasıdır. İkinci əsas siyasi fiqur Robert Koçaryan və onun rəhbərlik etdiyi Ermənistan İttifaqıdır. Üçüncü siyasi qüvvə isə Samvel Karapetyanın rəhbərlik etdiyi Güclü Ermənistan Partiyasıdır. Ermənistanda keçirilən seçkilər yalnız bu üç siyasi qüvvənin mübarizəsi fonunda baş verən daxili siyasi proses kimi qiymətləndirilə bilməz. Çünki bu seçkilər, əslində, Qərblə Rusiya arasında davam edən geosiyasi rəqabətin növbəti mərhələlərindən biridir. Sadəcə olaraq, Ukraynadan fərqli olaraq, bu qarşıdurma hərbi müstəvidə deyil, daha çox diplomatik və siyasi müstəvidə davam etdirilir. Ermənistanın hazırkı baş naziri və seçkilərdə qələbə qazanmaq ehtimalı kifayət qədər yüksək qiymətləndirilən Nikol Paşinyanın həyata keçirdiyi qərbyönümlü və realist siyasət Cənubi Qafqaz regionunun gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. Digər iki əsas siyasi qüvvə – Samvel Karapetyan və xüsusilə Robert Köçaryan isə daha çox Rusiyaya yaxın siyasi xəttin tərəfdarları hesab olunurlar. Köçaryanın siyasi keçmişini və onun “Qarabağ klanı” adlandırılan bədnam siyasi çevrənin əsas nümayəndələrindən biri kimi tanınmasını nəzərə alsaq, seçkilərdə Köçaryanın və ya Karapetyanın qələbə qazanacağı təqdirdə Ermənistanın gələcəyi, eləcə də Azərbaycan və Türkiyə ilə münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı ciddi suallar yaranır.

Nikol Paşinyan və onun rəhbərlik etdiyi hökumətin nümayəndələri dəfələrlə bəyan ediblər ki, Ermənistanın yalnız beynəlxalq səviyyədə tanınmış əraziləri mövcuddur və ölkənin bu sərhədlərdən kənarda hər hansı ərazi iddiası yoxdur. Bu yanaşma Ermənistan siyasi rəhbərliyinin keçmişdə müəyyən dairələr tərəfindən təbliğ olunan “Böyük Ermənistan” xülyasından uzaqlaşaraq, real dövlət maraqlarına əsaslanan siyasət yürütmək istədiyini göstərir. Başqa sözlə, Ermənistan rəhbərliyi mövcud dövlət sərhədləri çərçivəsində inkişaf etməyi prioritet hesab edir”.

Ü. Mustafayevin fikrincə, Paşinyanın seçkilərdə qələbə qazanması Ermənistanın ilk dəfə olaraq qonşu dövlətlərə qarşı ərazi iddialarından imtina edən siyasi kursunun davam etdirilməsi kimi qiymətləndirilə bilər:

“Eyni zamanda bu, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində aparılan siyasətin də davam etməsi deməkdir. Son dövrlərdə Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə işçi qruplarının mütəmadi görüşləri keçirilir. Həmçinin ictimai diplomatiya çərçivəsində qeyri-hökumət təşkilatlarının, ekspertlərin və beyin mərkəzlərinin qarşılıqlı səfərləri baş tutur. Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində də müəyyən addımlar atılır. Bütün bunlar Azərbaycan, Türkiyə və Ermənistan arasında münasibətlərin gələcəkdə daha sabit və konstruktiv xarakter ala biləcəyini göstərir. Əgər Paşinyan hakimiyyətdə qalarsa, sərhədlərin açılması, iqtisadi əməkdaşlığın genişlənməsi və regionda uzunmüddətli sabitliyin təmin olunması istiqamətində yeni imkanlar yarana bilər.

Lakin bu prosesdə Rusiyanın rolu ayrıca diqqət tələb edir. Məlumdur ki, Nikol Paşinyan İkinci Qarabağ müharibəsindən sonra dəfələrlə Rusiyanı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını Ermənistana kifayət qədər dəstək verməməkdə ittiham edib. O, Ermənistanın məğlubiyyətinin səbəblərindən biri kimi məhz Rusiyanın passiv mövqeyini göstərib.

Paralel olaraq isə Avropa İttifaqı ilə münasibətlər genişləndirilib, iqtisadi və siyasi əməkdaşlıq dərinləşdirilib, vətəndaşların Avropaya səfərlərinin asanlaşdırılması istiqamətində müzakirələr aparılıb.

Buna cavab olaraq Rusiya müxtəlif mesajlar verməyə başlayıb. Xüsusilə bir neçə gün öncə Astanada keçirilmiş Avrasiya iqtisadi İttifaqının sammitindən dərhal sonra Vladimir Putinin mətbuata vermiş olduğu açıqlamaları nəzərsalaq. V. Putin açıq şəkildə bildirdi ki, əgər Ermənistan Avrasiya iqtisadi ittifaqından çıxarsa, bu halda Ermənistanla olan iqtisadi razılaşmalar dayandırıla və rüsumlar artırıla bilər. Bu çıxışda xüsusilə Rusiyada yaşayan erməni miqrantların statusu gündəmə gətirilirdi. Onlara münasibətdə asanlaşdırılmış şərtlərin ləğvi fikri şəkildə səsləndirildi”.

Ermənistan iqtisadiyyatının hələ də Rusiya ilə sıx bağlı olduğunu xatırladan politoloq qeyd edib ki, bu səbəbdən Ermənistanın qısa müddətdə Rusiyanın təsirindən tam şəkildə çıxması real görünmür: “Uzun illər ərzində formalaşmış iqtisadi münasibətlər birdən-birə dəyişdirilə bilməz. Faktiki olaraq Aİİ ilə olan iqtisadi dövriyyə Ermənistan ÜDM-nin 14 faizini təşkil edir. Bu səbəbdən Paşinyan son çıxışlarında balanslı siyasətin vacibliyini vurğulayır. Onun fikrincə, Ermənistan həm Qərblə, həm də Rusiya ilə münasibətləri qoruyaraq öz milli maraqlarını təmin etməlidir.

Eyni zamanda Ermənistan rəhbərliyi öz vətəndaşlarına Azərbaycan və Türkiyə ilə münasibətlərin yaxşılaşdırılmasının vacibliyini izah etməyə çalışır. Rəsmi İrəvan hesab edir ki, qonşularla münasibətlərin normallaşdırılması Ermənistanın iqtisadi inkişafı və regional inteqrasiyası üçün mühüm əhəmiyyət daşıyır.

Əks halda Ermənistan uzun müddət regional təcrid və məhdud iqtisadi imkanlarla üzləşə bilər.

Mövcud siyasi tendensiyalar göstərir ki, Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsi yeni hərbi qarşıdurma deyil, sabitlik və iqtisadi inkişaf istəyir. Məhz buna görə də fikrimcə Nikol Paşinyan seçkilərdə yenidən qalib gələcəkdir. Əgər bu baş verərsə, regionda normallaşma prosesinin davam etməsi üçün yeni imkanlar yarana bilər. Əks halda, revanşist qüvvələrin hakimiyyətə gəlməsi regionda formalaşmağa başlayan müsbət dinamikanı zəiflədə və yeni geosiyasi gərginliklərə səbəb ola bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 İyun 2026 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gənclərimizi müasir elmi trendlərlə tanış etmək çox vacibdir”

11 İyun 2026 21:09see334

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

10 İyun 2026 16:52see277

Yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır

10 İyun 2026 12:19see252

Bu gün Dünya Çempionatı başlayır Açılış matçının saatı

11 İyun 2026 09:12see215

İranlı deputatdan Azərbaycanla bağlı SENSASİON ÇIXIŞ

10 İyun 2026 22:12see213

Bu məkanlar BŞİH dən alındı

10 İyun 2026 21:24see209

Azərbaycanla münasibətlərimiz strateji səviyyəyə yüksəlib Amerikalı senator

10 İyun 2026 21:34see206

Nevroloqlarımız İstanbul konfransında

11 İyun 2026 12:02see195

Şamaxı millimizin müdafiəçisini transfer etdi RƏSMİ

10 İyun 2026 21:22see192

284 saylı məktəbdə birinci sinfə qəbul ləğv olunub? VİDEO

10 İyun 2026 23:51see183

Fransa və İspaniya ön planda: futbol üzrə dünya çempionatının favoritləri açıqlandı “The New York Times“

10 İyun 2026 21:00see181

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

10 İyun 2026 21:23see176

Tramp: ABŞ İrandan milyonlarla barel neft çıxarıb

10 İyun 2026 21:16see174

Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib

11 İyun 2026 12:01see174

Gənclər Liqası: “Sabah” “Bazel”lə qarşılaşacaq

10 İyun 2026 21:17see171

Məktəblərdə mobil telefonların qadağası ilə bağlı nəzarət mexanizmləri tətbiq edilir

10 İyun 2026 21:50see169

Günəşdən qoruyucu krem əvəzinə bundan istifadə olunur

12 İyun 2026 04:27see167

Vuçiç istefa verəcək: “Sizə xəbər verəcəyəm”

11 İyun 2026 13:32see167

Bir dəqiqəyə bir kiloqram bal yedi

11 İyun 2026 01:11see164

Bu rayonda 122 hektarda aqropark yaradılacaq AÇIQLAMA

12 İyun 2026 04:07see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri