Pezeşkianla Müctəbanın sirli görüşü: Şüşələri qaraldılmış avtomobildən gələn səs...
Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İranda prezident Məsud Pezeşkian ilə dini lider Müctəba Xamenei arasında baş tutduğu iddia edilən gizli görüş müzakirələrə səbəb olub.
Turkustan.az xəbər verir ki, bu barədə "Iran International" məlumat yayıb.
Bildirilib ki, Pezeşkian uzun müddət Xamenei ilə görüşməyə cəhd göstərib. Sonda görüşə razılıq verilsə də, bu, rəsmi iqamətgahda deyil, Tehranda naməlum ünvanda, şüşələri tam qaraldılmış avtomobildə baş tutub.
Mənbələrin iddiasına görə, görüş cəmi bir neçə dəqiqə davam edib. Avtomobilin salonunun tam qaranlıq olduğu, tərəflərin bir-birini görə bilmədiyi və təhlükəsizlik əməkdaşlarının əl sıxmağa belə icazə vermədiyi iddia edilir.
Həmçinin qeyd olunur ki, Pezeşkian sonradan köməkçilərinə danışdığı şəxsin həqiqətən Müctəba Xamenei olub-olmadığına əmin olmadığını bildirib. Onun yalnız bir səs eşitdiyini dediyi iddia edilir.
Məlumata görə, Pezeşkian daha sonra Xameneinin rəsmi iqamətgahında yeni görüş keçirilməsi üçün müraciət etsə də, bu tələb də qəbul edilməyib./publika.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 06 Avqust 2026 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















