Icma.az
close
up
RU
“Plug & Play”in regional direktoru: Azərbaycanda “deep tech” və yeni nəsil startapların formalaşmasına dəstək vermək istəyirik AÇIQLAMA

“Plug & Play”in regional direktoru: Azərbaycanda “deep tech” və yeni nəsil startapların formalaşmasına dəstək vermək istəyirik AÇIQLAMA

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 3 sentyabr, AZƏRTAC

“Plug & Play” şirkəti Azərbaycanda startap ekosisteminin inkişafına və yeni nəsil sahibkarların formalaşmasına dəstək vermək niyyətindədir.

Bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında şirkətin regional direktoru Alfredo Soria deyib.

O bildirib ki, böyük hədəflər məsuliyyət tələb edir: “Azərbaycanın İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ölkədə innovasiya ekosisteminin inkişaf etdirilməsi istiqamətində mühüm işlər görür. Qlobal miqyasda, o cümlədən Azərbaycanda qarşıda duran əsas çağırışlardan biri yeni startapların yaradılması və onların ilkin mərhələdə inkubasiya olunması üçün davamlı imkanların formalaşdırılmasıdır. Bu istiqamətdə universitetlər, texnologiya mərkəzləri, texnologiyaların transferi mərkəzləri və ekosistemin digər iştirakçıları arasında əməkdaşlıq mühüm əhəmiyyət daşıyır”.

Alfredo Soria “Plug & Play”in ekosistemin müxtəlif iştirakçıları ilə əməkdaşlıq edərək Azərbaycanda yeni startapların yaradılmasına töhfə vermək istədiyini bildirib: “Ölkənin qarşıya qoyduğu iddialı hədəflərə çatmasına dəstək olmaq istəyirik. Eyni zamanda, yaradılan startapların ölkə üçün strateji əhəmiyyət daşıyan sahələrdə fəaliyyət göstərməsi vacibdir. Süni intellekt bu istiqamətlərdən biridir. Yüksək texnologiyalar (“deep tech”) da ən güclü sahələrdən biri hesab olunur”.

Regional direktor vurğulayıb ki, məqsəd startapların inkişafı üçün zəruri dəstək mexanizmlərinin yaradılması, həmçinin gələcəyin sahibkarlarının yetişdirilməsi üçün imkanların genişləndirilməsidir: “Azərbaycanda zəngin insan kapitalı var. Biz bu potensialın gücləndirilməsini, gənclərin sahibkarlıq baxışlarını və startap ideyalarını reallaşdıraraq qarşıya qoyduqları məqsədlərə daha sürətlə çatmasını dəstəkləmək istəyirik”.

Müxbir – Pərvanə Qafarova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Sentyabr 2026 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see380

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see371

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see317

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see249

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see240

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see240

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see225

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see211

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see208

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see207

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see198

AMB nin BOKT larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir

14 Sentyabr 2026 14:04see197

Hemofiliya xəstələrinin müalicəsində tibb bacılarının rolu artırılır REGIONLARDA SEMİNARLAR

14 Sentyabr 2026 12:43see196

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see192

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see189

Səudiyyə Ərəbistanının cənubunda partlayışlar baş verib, xəbərdarlıq sistemləri işə düşüb

14 Sentyabr 2026 05:24see189

Ulduz falı: 14 sentyabr, 2026 cı il

14 Sentyabr 2026 04:47see186

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see182

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

14 Sentyabr 2026 14:42see180

Birləşməyə hazırlaşan bankda dəyişiklik

14 Sentyabr 2026 12:38see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri