Icma.az
close
up
RU
Politoloq: “Azərbaycanın müstəqil xarici siyasəti yeni regional reallığın əsas amilidir”

Politoloq: “Azərbaycanın müstəqil xarici siyasəti yeni regional reallığın əsas amilidir”

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azad Məsiyev: “Prezidentin qurultay çıxışı beynəlxalq aləmə də mesaj idi”

“Azərbaycan Şimalla, Cənubla, Şərqlə və Qərblə maraqlarını uzlaşdırır”

Müasir beynəlxalq münasibətlər sistemində baş verən geosiyasi dəyişikliklər, regional güc balansı və dövlətlərin xarici siyasət prioritetləri siyasi gündəmin əsas müzakirə mövzularındandır. Xüsusilə Cənubi Qafqazda formalaşan yeni reallıqlar, qlobal güclər arasında artan rəqabət və regional əməkdaşlıq perspektivləri Azərbaycanın xarici siyasət kursuna diqqəti artırır. Bu proseslər fonunda ölkənin milli maraqlarının qorunması, beynəlxalq tərəfdaşlarla münasibətlərin inkişaf etdirilməsi və regional sabitliyin təmin olunması məsələləri xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının qurultayında səsləndirdiyi fikirlər də bu kontekstdə diqqət çəkir. 

Politoloq Azad Məsiyev Sherg.az-a Azərbaycanın apardığı xarici siyasət kursunun önəmindən danışıb: 

"Azərbaycan Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının qurultayında çıxışı və səsləndirdiyi fikirlər, irəli sürdüyü tezislər təkcə Yeni Azərbaycan Partiyasının üzvlərinə ünvanlanmayıb. Bu, ümumilikdə Azərbaycan xalqına, eyni zamanda xarici dövlətlərə və beynəlxalq təşkilatlara verilən mesaj idi. Bu çıxışdan hər kəs özünə uyğun nəticə çıxara bilər. Xüsusilə də Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra regionda yaratdığı yeni siyasi situasiyaya uyğun olaraq müstəqil xarici siyasət yürütməsi mühüm əhəmiyyət daşıyır. Bölgədə sabitliyin, sülhün və əmin-amanlığın təmin edilməsi istiqamətində atılan praktiki addımlar Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir. Azərbaycan 30 il ərzində torpaqlarının işğal altında olduğu dövrdə xarici təzyiqlərlə üzləşib. Ermənistanın işğalçılıq siyasətinə bəraət qazandırmağa çalışan xarici qüvvələrin təzyiqlərinə baxmayaraq, Azərbaycan müstəqil mövqe nümayiş etdirib. Daxili siyasətdə hərbi quruculuğa xüsusi diqqət yetirilib. Xarici təzyiqlərə rəğmən, ölkəmizin öz ərazilərini işğaldan azad etməsi müstəqil siyasətimizin məntiqi nəticəsidir".

Politoloq qeyd edib ki, Azərbaycan balanslaşdırılmış siyasət yürüdür: 

"Qlobal güclərin maraqlarını uzlaşdırmağa çalışır. Ölkəmiz heç bir xarici qüvvənin və beynəlxalq təşkilatın təsir dairəsində deyil. Azərbaycan böyük güclərin əlində alətə çevrilmir. Baxmayaraq ki, ölkəmizi öz təsiri altına salmağa və idarə etməyə çalışan qüvvələr mövcuddur, Azərbaycan bütün təzyiq və təxribat cəhdlərinin qarşısını alır. Dövlət və milli maraqlarına uyğun siyasi kursunu davam etdirir. Bu da Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin nəticəsidir. Azərbaycan Prezidentinin müxtəlif auditoriyalarda çıxışlarının şahidi olmuşuq. İstər parlamentdə, istər müstəqil mətbuata verdiyi müsahibələrdə, istərsə də Türk Dövlətləri Təşkilatının, Şanxay Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq qurumların toplantılarında səsləndirdiyi fikirlər ölkəmizin siyasi mövqeyini əks etdirib. Lakin məhz Yeni Azərbaycan Partiyasının qurultayındakı çıxış xüsusi əhəmiyyət daşıyır. Prezident bu toplantıda Azərbaycanın gələcək strategiyasını bəyan etdi. Eyni zamanda, xaricdən Azərbaycana qarşı yönələn təxribatların qarşısının alınması, ideoloji bazanın formalaşdırılması və gənclərlə aparılacaq işlər barədə fikirlər səsləndirildi".

Analitik söyləyib ki, bu, həm Yeni Azərbaycan Partiyasının üzvlərinə, həm də Azərbaycan xalqına ünvanlanmış mesaj idi:

"Mesaj ondan ibarətdir ki, ölkəmiz belə təxribatlara qarşı düşünülmüş və adekvat cavab verməlidir. Azərbaycan regionda tam müstəqil siyasət yürüdən dövlətdir. Cənubi Qafqazın digər ölkələrində baş verən proseslərə nəzər saldıqda fərqli mənzərənin şahidi oluruq. Ermənistanın xarici təsirlər altında fəaliyyət göstərdiyini və müstəqil siyasi qərarlar qəbul etmək imkanlarının məhdudlaşdırıldığını düşünürəm. Ermənistanın baş naziri Nikol Paşinyanın siyasətində Qərbin maraqlarının ön plana çəkildiyini müşahidə edirik. Ölkədə baş verən siyasi qarşıdurmalar və gərginlik də bu proseslərin tərkib hissəsidir. Gürcüstan isə Avropa İttifaqından gələn təzyiqlər fonunda çətinliklərlə üzləşir. Ölkədə daxili ixtilafların və qarşıdurmaların artdığını müşahidə edirik. Xarici qüvvələr də proseslərə təsir göstərməyə çalışır. Bunu Gürcüstanın baş nazirinin və prezidentinin çıxışlarında da görmək mümkündür. Belə bir şəraitdə Azərbaycan qonşularla dinc yanaşı yaşamaq siyasətini həyata keçirir. Ölkəmizin bütün qonşuları ilə münasibətləri yüksək səviyyədədir. Beynəlxalq aləmdə Azərbaycanın mövqeyi açıq və şəffafdır. Məhz həyata keçirilən siyasətin nəticəsidir ki, Azərbaycan G20 sammitinə dəvət alıb. Bu, ölkəmizin müstəqil xarici siyasətinin beynəlxalq müstəvidə diqqət çəkdiyini göstərir".

Müsahibimiz vurğulayıb ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və neytral siyasi kurs həyata keçirir:

"Heç bir hərbi-siyasi blokun üzvü olmayan ölkəmiz dünyada baş verən hərbi münaqişələrdə tərəf kimi çıxış etmir. Bu da Azərbaycanın müstəqil mövqeyinin göstəricisidir. Məhz bu baxımdan Prezident İlham Əliyev qurultaydakı çıxışında Azərbaycanın müstəqil siyasətini və siyasi kursunu bəyan etdi. Bununla yanaşı, ölkənin gələcək strategiyasını da cəmiyyətə çatdırdı. Qarşıda duran vəzifələrin yerinə yetirilməsində dövlətlə yanaşı, cəmiyyətin də rolu vacibdir. Cəmiyyət bu siyasəti dəstəkləməli və onun həyata keçirilməsində fəal iştirak etməlidir. Azərbaycan Şərqlə Qərbin qovuşduğu, qlobal güclərin maraqlarının toqquşduğu məkanda yerləşir. Qlobal müstəvidə Rusiya ilə ABŞ-ın iqtisadi, siyasi və hərbi maraqları toqquşur. Bu qarşıdurmanın əsas mərkəzlərindən biri Ukrayna, digəri isə Cənubi Qafqazdır. Azərbaycan isə qlobal güclərin maraqlarını uzlaşdırmağa çalışır. Bununla da regionda sabitliyin təmin olunmasına töhfə verən dövlət kimi çıxış edir. Cənubi Qafqazın digər ölkələrində isə maraqların toqquşması siyasi gərginlik və qarşıdurma yaradır. Bunu Ermənistanın regiondakı siyasətində də müşahidə edirik. Azərbaycan isə həm Şimalla, həm Cənubla, həm Şərqlə, həm də Qərblə münasibətlərində maraqları uzlaşdırmağa çalışır. Baxmayaraq ki, Avropa Parlamenti və AŞPA-nın Azərbaycana qarşı qərəzli mövqeyinin şahidi olmuşuq, ölkəmiz müstəqil dövlət kimi öz mövqeyini ifadə edir. Eyni zamanda, Avropa İttifaqına üzv olan bir sıra dövlətlərlə strateji və iqtisadi əməkdaşlığımız mövcuddur".

Analitik həm də bildirib ki, Avropa İttifaqının bəzi institutlarının Azərbaycana qarşı tənqidi mövqeyinə baxmayaraq, ölkəmiz ikitərəfli əməkdaşlığı inkişaf etdirir:

"Azərbaycan Avropada tərəfdaşlarının sayını artırmağa çalışır. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində də fəaliyyətini davam etdirir. Rusiya ilə qonşuluq münasibətlərinin inkişaf etdirilməsində maraqlıdır. Eyni zamanda, İranla əməkdaşlığımızı genişləndiririk. İran Prezidenti də açıq şəkildə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib. O, çətin günlərdə ölkəmizin göstərdiyi mənəvi dəstəyi yüksək qiymətləndirib. Ümumilikdə, Azərbaycan həm iqtisadi, həm də siyasi sahələrdə müstəqil siyasət həyata keçirir. Dünyada baş verən hərbi münaqişələrin aradan qaldırılması ilə bağlı ölkəmizin prinsipial mövqeyinin şahidi olmuşuq. İstər Ukraynada baş verən müharibənin, istərsə də Yaxın Şərqdəki hadisələrin həllində sülh yolunun və diplomatik vasitələrin tərəfdarı olduğumuzu dəfələrlə bəyan etmişik. İran-ABŞ münasibətlərində də münaqişələrin dinc və diplomatik yollarla həllinin vacibliyini vurğulamışıq. Dünyada baş verən münaqişələrdə müxtəlif tərəflərin iştirak etdiyini görürük. Ukrayna müharibəsində Avropa İttifaqının, İran-ABŞ münasibətlərində isə münaqişə tərəflərinin öz maraqları var. Buna baxmayaraq, Azərbaycan hər hansı tərəfin mövqeyini müdafiə etmədən müstəqil mövqeyini nümayiş etdirir. Problemlərin sülh yolu ilə həlli üçün siyasi çağırışlar edir. Bu, həm Azərbaycanın müstəqil siyasətinin, həm də beynəlxalq aləmdə sülhün və əmin-amanlığın bərqərar olması istiqamətində atdığı praktiki addımların göstəricisidir".

Azad Məsiyev qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi siyasət həm regional, həm də qlobal miqyasda əhəmiyyət daşıyır:

"Ölkəmizin beynəlxalq münasibətlər sistemində nümayiş etdirdiyi mövqenin humanitar və bəşəri dəyərlər baxımından da əhəmiyyətli tərəfləri var. Azərbaycanın humanitar sahədə atdığı addımlar beynəlxalq təşkilatların da diqqətini çəkir. Bu siyasət regionda sabitliyin təmin olunmasına töhfə verməklə yanaşı, geosiyasi proseslərdə Azərbaycanın mövqeyini də möhkəmləndirməyə xidmət edir. Prezidentin qurultaydakı çıxışı həm Azərbaycan cəmiyyətinə, həm də beynəlxalq aləmə ölkənin siyasi kursu və gələcək strategiyası ilə bağlı verilən mühüm mesajdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Oktyabr 2026 23:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see256

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see248

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see240

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see236

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see234

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see230

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see224

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see218

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see217

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see216

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see205

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see203

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see200

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see200

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see200

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see199

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see198

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see197

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see194

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri