Polşa Rusiya vətəndaşlarına yeni məhdudiyyətlər tətbiq etməyə çağırır
Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Avropa Rusiya diplomatlarına və Aİ ölkələrinə səfər edən vətəndaşlarına daha sərt məhdudiyyətlər tətbiq etməlidir.
Newscenter.az xəbər verir ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski bunu Veymarda alman və fransız həmkarları ilə görüşdən sonra bildirib.
Onun sözlərini “Politico” sitat gətirib.
"Axı Rusiya Aİ-ni daxildən məhv etməyə çalışır və ona sərbəst hərəkət imtiyazlarından istifadə etməyə icazə verilməməlidir", - diplomat öz fikrini bölüşüb.
Onun sözlərinə görə, Rusiya diplomatlarının hərəkət azadlığı onların akkreditasiya ölkələri ilə məhdudlaşdırılmalı, rusliyalılara Şengen vizalarının verilməsi azaldılmalı, biometrik pasport tələbləri tətbiq edilməli və Aİ-dəki rus diplomatlarının sayı üçün kvotalar müəyyən edilməlidir.
"Avropa İttifaqında hələ də çoxlu Rusiya diplomatı var. Bizim hesablamalarımıza görə, onların sayı 2 000 nəfərdən çoxdur", - Polşa xarici işlər naziri qeyd edib.
Anar
Bu mövzuda digər xəbərlər:Polşa öz vətəndaşlarını Belarusu tərk etməyə çağırır
26 Sentyabr 2025 12:22
Rusiya Byankanın mahnılarını qadağan etməyə çağırır...
25 Avqust 2025 18:27
Rusiya Ukraynanı atəşkəsə əməl etməyə çağırır
07 May 2026 19:59
Polşa Ukrayna ilə dialoqu dayandırmağa çağırır
16 Dekabr 2024 10:50
Polşa 300 min nəfəri orduya çağırır
02 Yanvar 2026 17:56
Baxış sayı:94
Bu xəbər 03 Sentyabr 2026 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















