Icma.az
close
up
RU
Prezidentin bu çağırışı rəhbərlər üçün davranış modeli rolunu oynayır Asif Əsgərov

Prezidentin bu çağırışı rəhbərlər üçün davranış modeli rolunu oynayır Asif Əsgərov

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Prezident İlham Əliyevin Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbulu zamanı səsləndirdiyi mühüm mesajlar yerli idarəetmədə yeni mərhələnin əsas istiqamətlərini müəyyənləşdirib. Dövlətimizin başçısının “Sizə böyük etimad göstərilir, əminəm ki, bu etimadı doğruldacaqsınız” fikri hər bir icra hakimiyyəti başçısı və nümayəndə üçün fəaliyyətin ideoloji məğzini ifadə edir. Etimad həm böyük məsuliyyət, həm də xalqa xidmət fəlsəfəsini formalaşdıran başlıca meyardır".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib. 

Parlamentari qeyd edib ki, rəhbər vəzifə daşıyan hər bir şəxs üçün əsas iş prinsipi xalqa xidmət olmalıdır.

"Bu, təkcə inzibati məsuliyyət deyil, həm də mənəvi öhdəlikdir. Dövlətin təməl siyasəti insan amilinə əsaslanır, yəni vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi, onların rifahının təmin olunması idarəetmənin başlıca məqsədidir. Dövlət başçısının “xalqla bir yerdə olmaq” çağırışı bölgələrdə fəaliyyət göstərən rəhbərlər üçün məsuliyyət və davranış modeli rolunu oynayır. 

Artıq işğaldan azad edilmiş ərazilər də daxil olmaqla bütün bölgələrdə enerji infrastrukturu yenilənib, su təchizatı və yol-kommunikasiya layihələri yeni mərhələyə qədəm qoyub. Dövlət investisiya proqramları hesabına həyata keçirilən bu layihələr həm də sosial sabitliyin təminatına xidmət edir. Prezident İlham Əliyevin “Əsas prinsip sosial ədalət prinsipidir” fikri idarəetmə sisteminin etik əsasını formalaşdırır. Sosial ədalət prinsipi bölgələrdə qərarların qəbulunda bərabərlik, şəffaflıq və vətəndaş məmnuniyyətinin təmin edilməsini nəzərdə tutur. Keçmişdə bəzi məmurların özbaşına davranışları bölgələrdə narazılıqlara səbəb olmuşdu, lakin indi belə hallara yer yoxdur. 

Son illər ərzində həyata keçirilmiş infrastruktur layihələri doqquz beynəlxalq hava limanının istifadəyə verilməsi, yeni dəmir yolları, magistral avtomobil yolları, elektrik və suvarma sistemlərinin yenilənməsi ölkənin bütün bölgələrində həyat səviyyəsinin yüksəlməsinə şərait yaradıb. Prezident İlham Əliyevin “İnsanlara diqqət göstərmək, onların qayğıları ilə yaşamaq, daim onların arasında olmaq lazımdır” fikri dövlət siyasətinin mərkəzində vətəndaşın rifahının dayandığını bir daha təsdiqləyib. Bu, həm də yerli rəhbərlərin fəaliyyətinə verilən göstərişdir, yəni insanlarla birbaşa təmas, onların problemlərinin dinlənilməsi və operativ həlli əsas şərtdir. Hər bir təyin olunan rəhbər üçün əsas məqsəd göstərilən etimadı əməli fəaliyyətlə doğrultmaqdır. Sözügedən məsələ həm peşəkarlıq, həm də vətənpərvərlik məsuliyyəti ilə bağlıdır. Yeni rəhbər heyətindən gözlənilən odur ki, onlar təcrübələrini praktiki nəticələrə çevirərək xalqın rəğbətini qazansınlar. Dövlət başçısının qeyd etdiyi kimi, böyük məsuliyyət böyük işlər tələb edir. Bu amil rəhbərlik etikasının ifadəsi və dövlət idarəçiliyinin mahiyyətini formalaşdıran prinsipdir. Prezident İlham Əliyevin Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbulu zamanı vurğulanan məsələlər bir daha göstərir ki, ölkənin regional idarəetmə siyasəti artıq yeni mərhələyə qədəm qoyub. Əsas hədəf mərkəzi və yerli strukturlar arasında səmərəli əlaqələrin yaradılması, sosial ədalət prinsiplərinin möhkəmləndirilməsi, iqtisadi və infrastruktur layihələrinin davamlılığının təmin olunmasıdır. Dövlət başçısının çağırışları hər bir dövlət məmuruna yönəlmiş konkret proqram xarakteri daşıyır. Xalqa xidmət etmək, məsuliyyətli olmaq və inkişafın dinamikasını qorumaq - məhz bu prinsiplər üzərində qurulan idarəetmə modeli ölkənin gələcək sosial-siyasi sabitliyinin və davamlı yüksəlişinin əsas təminatıdır". 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:27
embedMənbə:https://unikal.az
archiveBu xəbər 14 Noyabr 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see297

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see212

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see211

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see205

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see176

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see168

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see155

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see144

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see141

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see140

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see140

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see139

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see137

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see136

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see134

Sarayevoda insan ovu QALMAQALI: İtalyanlara qarşı istintaq başladılıb

12 Noyabr 2025 17:12see134

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see133

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see129

Rahid Əmirquliyev: Millimiz İslandiya ilə Bakıdakı matçda revanş ala bilər

12 Noyabr 2025 18:16see129

Oğlan, yoxsa qız... Uşağın cinsiyyətini planlamaq olarmı? SORĞU

12 Noyabr 2025 17:15see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri