Icma.az
close
up
RU
Menu

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

Rüstəmə dedim ki, sən şair deyilsən…

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

Prezidentin Naxçıvana səfərinin tarixi siyasi əhəmiyyəti və mədəni irsə töhfəsi ŞƏRH

Prezidentin Naxçıvana səfərinin tarixi siyasi əhəmiyyəti və mədəni irsə töhfəsi ŞƏRH

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

11 avqust 2026-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Naxçıvana səfəri Azərbaycanın bu qədim diyarının tarixinə və taleyinə onun siyasi-iqtisadi, həmçinin sosial-mədəni inkişaf strategiyasının yeni perspektivlərini açan mühüm əhəmiyyətli səhifə olaraq yazıldı. Azərbaycanın əsas hissəsindən coğrafi baxımdan ayrı düşməsinə baxmayaraq, ölkəmizin siyasi-iqtisadi sisteminin mühüm tərkib hissəsi kimi inkişaf dinamikasının sürətləndirilməsi, müasir infrasrukturlarla təmin edilməsi, eləcə də sosial-mədəni istiqamətlər üzrə yeni inkişaf hədəflərinin müəyyənləşdirilməsi Naxçıvan diyarına olan yüksək dövlət qayğısının bariz nümunəsi olaraq dəyərləndirilir və geniş ictimaiyyət tərəfindən minnətdarlıqla qarşılanır.

Naxçıvan tarixən Azərbaycanın siyasi-iqtisadi, mədəni-sosial həyatında xüsusi yer tutmuşdur. Bu baxımdan ölkə başçısının səfəri yalnız regionun cari inkişaf mərhələsinin nəzərdən keçirilməsi deyil, eyni zamanda Azərbaycanın dövlətçilik strategiyasında Naxçıvanın tutduğu yerin əhəmiyyətini göstərməklə onun yeni inkişaf strategiyalarının başlıca prioritetlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Naxçıvanın inkişaf strategiyasının əsas hədəflərini müəyyənləşdirən bu prioritetlər ölkə başçısının Azərbaycan Televiziyasına verdiyi müsahibə zamanı xüsusi olaraq vurğulanmışdır. Onlar muxtar respublikanın müdafiə potensialının gücləndirilməsi, iqtisadi inkişafın intensivləşdirilməsi, əhalinin sosial rifahının daha da yüksəldilməsi, bölgənin logistik statusunun genişləndirilməsi, tarixi-mədəni irsin qorunması və müasir qlobal meyarlar çərçivəsində tanıdılması baxımından mühüm tarixi-siyasi əhəmiyyət daşıyır.

Azərbaycan Silahlı Qüvvələrinin bölgədə söz sahibi olduğuna diqqət çəkən ölkə Prezidenti bu ordunun tərkib hissəsi olaraq Naxçıvanda Əlahiddə Ordunun yaradılmasının əhəmiyyətini qeyd etmiş və muxtar respublikanın təhlükəsizliyinin birinci şərt olduğunu vurğulamışdır. Bu fikirlər Azərbaycanın dövlətçilik siyasətində Naxçıvanın siyasi və müdafiə əhəmiyyətini regional və beynəlxalq müstəvidə müəyyənləşdirən güclü mesaj olaraq dərin məna daşıyır.

İkinci mühüm fəaliyyət istiqamətini təşkil edən iqtisadi inkişafın sürətləndirilməsi sahəsində görülmüş işlər nəticəsində Naxçıvanda qazlaşma 100 faizə çatdırılmış, su ehtiyatlarından səmərəli istifadə ilə bağlı qəbul edilən dövlət proqramları iqtisadi potensialı möhkəmləndirmişdir. Naxçıvanda müasir sənaye komplekslərinin yaradılması, 50 meqavat gücündə iki Günəş elektrik stansiyasının tikintisi, 300 meqavat gücündə istilik elektrik stansiyasının təməlinin qoyulması, Ordubad rayonunda 15 meqavatdan çox gücdə su elektrik stansiyası layihəsinin hazırlanması regionun sürətli iqtisadi inkişafını stimullaşdırmaqla təkcə ölkə çərçivəsində deyil qonşu ölkələr üçün də intensiv inkişafı şərtləndirir.

Üçüncü inkişaf istiqaməti sosial məsələlərə diqqətin artırılması ilə bağlıdır. Əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerləri, kənd və rayonların abadlaşdırılması, yeni elektrik avtobusların hərəkətə başlaması, Sənaye Parkının yaradılması Naxçıvanın dayanıqlı inkişafını, sosial rifahın daha da yaxşılaşdırılmasının başlıca amilləri olaraq ön plana çıxır. Naxçıvanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları ilə vahid konsepsiya əsasında inkişaf etdirilməsi bu regionların turizm potensialını artıracaqdır. Bu sahədə Naxçıvan şəhərinin Baş planının hazırlanması, şəhərin mərkəzində yeni mehmanxananın tikintisi, yeni iş yerlərinin açılması sosial-ictimai tərəqinin yüksəlişinə təminat verir.

Naxçıvanın logistik statusunun genişləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər ayrıca istiqamət sahəsi olaraq mühüm əhəmiyyət daşıyır. Zəngəzur dəhlizinin yaradılması bu sahədə xüsusi əhəmiyyət daşıyır. Ölkə Prezidentinin müsahibəsində bu məsələ xüsusi olaraq vurğulanmışdır: “Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirmək bizim çoxdankı arzumuz olub. Biz bu hədəfə doğru inamla və çox böyük məharətlə addımlayırdıq, yaxınlaşırdıq və artıq yaxınlaşmışıq.” Cənab Prezidentin qeyd etdiyi kimi, Şimal-Cənub istiqamətli beynəlxalq əhəmiyyətli nəqliyyat layihəsinin mərkəzində Naxçıvan dayanır. Bu fikirləri eyni ilə Şərq-Qərb istiqamətində nəqliyyat layihələrinə şamil etmək olar. Təbii ki, belə bir logistik mahiyyət qazanması Naxçıvanın inkişaf strategiyasına tamamilə yeni və çoxşaxəli məzmun qatır, onun inkişafı ilə yanaşı region dövlətlərinin də bölgədə sülh və sabitliyin təmin olunmasında maraqlı olmasını gücləndirir.

Ölkə Prezidentinin Naxçıvana 17-ci səfəri yuxarıda qeyd edilən istiqamətlərlə yanaşı tarixi-mədəni irsə töhfə olan mühüm tədbirlərlə də yadda qaldı. Azərbaycanın bu qədim diyarının mənəvi dəyərini yüksək qiymətləndirən dövlət başçısının müsahibəsində bu bölgənin tarixi mədəniyyət abidələrinin əhəmiyyəti xüsusi olaraq vurğulanmışdır: “Naxçıvan çox zəngin tarixə və mədəniyyətə, o cümlədən memarlıq mədəniyyətinə malikdir.” Möminə xatun türbəsi, Yusif Küseyiroğlu türbəsi, Qarabağlar türbəsi kimi türk-islam mədəniyyətinin inciləri olan yerüstü abidələr yer altında minillərlə qədim tariximizin sübutları olaraq qalmış arxeoloji abidələrlə birlikdə Azərbaycan tarixi coğrafiyasında qədim dövrlərdən mövcud olmuş zəngin mədəni irsin tərkib hissəsi olmuşdur. Onların tədqiqi, qorunması tək bir region üçün deyil, bütövlükdə ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyır. Bu mənada Möminə xatun məqbərəsinin bərpası ilə bağlı görülmüş işlərlə ölkə başçısının tanış olması, eyni zamanda Naxçıvan türbələrinin memarı, “mühəndislər şeyxi” kimi şöhrət qazanmış Əcəmi Naxçıvaninin xatirəsinə ucaldılmış abidənin açılışında iştirak etməsi tarixi-mədəni irsimizə olan dövlət qayğısının növbəti nümunəsidir. Bu tədbirlər Naxçıvanın tarixi-mədəni irsinin də onun inkişaf strategiyasının mühüm amillərindən biri kimi diqqətdə saxlanıldığını təsdiq edir.

Tarixi-mədəni irsin qorunmasının vacibliyinə xüsusi diqqət çəkən ölkə Prezidenti ölkədə, eləcə də regionda müxtəlif sahələrdə aparılan islahatlar, görülmüş işlər fonunda bu abidələrin milli kimliyimizin gələcək nəsillərə şatdırılmasında əhəmiyyətini yüksək qiymətləndirərək qeyd etmişdir: “Bütün bu məsələlər böyük əhəmiyyət daşıyır. Çünki təbii ki, sosial-iqtisadi inkişaf, enerji təhlükəsizliyi vacib məsələlərdir. Ancaq bütün bu görülən işlərin təməlində bizim milli kimliyimiz dayanır, milli ruhumuz dayanır, mədəniyyətimiz, dilimiz, ədəbiyyatımız, tariximiz dayanır.” Bu fikirlər göstərir ki, ölkələrin, xalqların inkişafının hansı istiqamətdə şaxələndirilməsindən, iqtisadi, siyasi, sosial, ictimai, texnoloji nailiyyətlərin hansı səviyyədə olmasından asılı olmayaraq onların təməli tarixi-mədəni, mənəvi irsin özünəməxsusluğuna söykənir.

Yuxarıda şərh edilən beş istiqamətdə inkişaf dinamikasını vahid məcrada birləşdirərkən səfər çərçivəsində Naxçıvanın hərtərəfli inkişafına, həmçinin tarixi-mədəni irsinin yaşadılmasında göstərilən dövlət qayğısı və onun uğurlu nəticələri tam aydınlığı ilə ortaya çıxır. Bu mənada ölkə Prezidentinin Naxçıvana 17-ci səfəri Azərbaycanın bu qədim diyarının taleyinə əhəmiyyətli tarixi-siyasi hadisə olaraq yazılmış, buradakı tarixi-mədəni irsin qorunmasına dəyərli töhfə vermiş, və regionun gələcək inkişaf strategiyasında yeni mərhələ açmışdır.

Zeynəb Quliyeva

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Tarix elmləri doktoru

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının

AMEA Naxçıvan Bölməsi üzrə ƏPT sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:368
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Avqust 2026 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see291

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see277

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see261

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see258

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see257

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see251

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see247

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see247

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see240

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see239

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see237

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see237

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see219

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see216

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see214

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see204

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see201

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see201

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see199

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri