Icma.az
close
up
RU
Professor: ŞƏT in potensialı Avrasiyanın mərkəzi ilə Asiyanın periferiyasını birləşdirməkdən ibarətdir

Professor: ŞƏT in potensialı Avrasiyanın mərkəzi ilə Asiyanın periferiyasını birləşdirməkdən ibarətdir

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 3 sentyabr, AZƏRTAC

ŞƏT-in ən mühüm potensialı ticarət, maliyyə, xidmətlər, mallar və informasiya axınları çərçivəsində Avrasiyanın mərkəzi ilə Asiyanın periferiyasını birləşdirməkdən, həmçinin bu qarşılıqlı əlaqə əsasında təhlükəsizlik məkanı yaratmaqdan ibarətdir. ŞƏT təhlükəsizlik konsepsiyasının vacibliyini vurğulayarkən, diqqəti daha çox pakta və ya alyansa deyil, təhlükəsizlik sahəsində regional funksional əməkdaşlığa və böhranların idarə edilməsinə əsaslanan təminatlara yönəldir. Təşkilata üzv dövlətlər bu konsepsiyanı özlərinin “Şimal–Cənub” dəhlizi, “Bir kəmər, bir yol” təşəbbüsü və Orta Dəhliz kimi iri layihələri ilə uzlaşdırırlar.

Bunu İstanbul Nişantaşı Universitetinin professoru Vişne Korkmaz AZƏRTAC-a şərhində deyib.

Professor qeyd edib ki, Orta Dəhliz Çin–Qazaxıstan–Azərbaycan–Türkiyə–Avropa ticarət marşrutunu ifadə etmək üçün istifadə olunur. “Məlumdur ki, bu təşəbbüs Ankara tərəfindən də dəstəklənir. Türkiyə Orta Dəhlizə əhəmiyyətli investisiyalar yatırır və tərəfdaşlıq əlaqələri qurur. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, eləcə də Türk Dövlətləri Təşkilatı çərçivəsində davamlı təmaslar Orta Dəhlizin reallaşma ehtimalını gücləndirir”, – deyə o vurğulayıb.

V.Korkmazın sözlərinə görə, Bişkek sammitində Prezident Rəcəb Tayyib Ərdoğan Orta Dəhliz və “Bir kəmər, bir yol” təşəbbüslərinin koordinasiya ediləcəyinə ümid etdiyini bildirib. “Bu bəyanat iki məqama işarə edir. Birincisi, Türkiyə nümayiş etdirir ki, Avrasiya–Asiya birləşdirici kəmərinə Avropa kəməri də əlavə oluna bilər. Bu gün Avropanın enerji təhlükəsizliyinə təsir edən hadisələr Orta Dəhliz kimi alternativlərin getdikcə daha çox əhəmiyyət qazanmasına səbəb olub. Türkiyə, həmçinin Yaxın Şərqlə ticarət üçün alternativ quru nəqliyyatı marşrutlarının mərkəzinə çevrilə bilər. Bütün bu hadisələr Orta Dəhlizi Avropa bazarı üçün cəlbedici edir. Geoiqtisadi baxımdan Avropaya çıxış ŞƏT-in potensialını da gücləndirir. İkincisi, Türkiyə Orta Dəhlizin potensialını və əhəmiyyətini xatırladaraq, bu dəhlizin ŞƏT tərəfdaşları ilə onların iri layihələri, maliyyə imkanları və institusional mexanizmləri vasitəsilə birgə həyata keçirilməsinə böyük əhəmiyyət verir”, – deyə türk ekspert qeyd edib.

O əlavə edib ki, bu mənzərəyə nəzər saldıqda Türkiyənin ŞƏT çərçivəsində səsləndirdiyi çağırışın və mesajın geoiqtisadi əhəmiyyətini anlamaq kifayət qədər asandır. Lakin, eyni zamanda, Türkiyə bu mesajla ticarətin vacibliyini vurğulayır və Şərqlə Qərb, Şimalla Cənub arasında qütbləşməni rədd edir.

Müəllif – Leyla Muradzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Sentyabr 2026 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see309

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see283

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see273

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see267

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see262

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see251

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see250

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see242

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see238

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see235

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see235

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see230

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see220

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see219

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see212

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see206

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see204

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see200

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see193

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri