Prokurorluğa şikayət etdiyi 17 yaşlı qızının sevgilisi ilə fotoları yayıldı
Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, "Yeraltı" serialında "Mələk" obrazını canlandıran 17 yaşlı aktrisa Ülkü Hilal Çiftçinin özündən 10 yaş böyük tərəf müqabili Hakan Çələbi ilə sevgili olduğunun ortaya çıxmasının ardından atası Ünal Çiftçi prokurorluğa müraciət edib.
Axşam.az-ın məlumatına görə, hadisənin ardından cütlüyün birlikdə çəkilmiş fotoları və ailə mühitində bir araya gəldiklərini əks etdirən görüntülər sosial mediada yayılıb.
Yayılan şəkillərdə Hakannın Ülkünün ailə üzvləri ilə birlikdə şəkil çəkdirdiyi əks olunub. Fotolar aktrisanın ailəsinin yaşadığı kənddə lentə alınması da diqqət çəkib.
Ünal qızının telefonundakı yazışmaları gördükdən sonra onların münasibətinin düşündüyündən fərqli xarakter daşıdığını iddia edib və bununla bağlı hüquqi prosesə başlatdığını açıqlayıb.
Qeyd edək ki, aktrisanın atası təkcə Hakandan deyil, həm də qızının menecerlik şirkəti "OnTalent Menajerlik"dən də şikayətçidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 06 Avqust 2026 20:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















