Putin bildirib ki, Ermənistanda Aİ yə üzvlük prosesi ilə bağlı qanunun qəbulu Rusiyada narahatlıq yaradıb
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Ermənistanın hazırkı baş nazirinin arxasında duran siyasi qüvvələr uzun müddətdir ki, Qərb standartlarını dəstəkləyirlər”.
APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
Onun sözlərinə görə, hər bir suveren ölkənin prioritet, dəyərli standart və tərəfdaş hesab etdiyi şeyi seçmək hüququ var.
Putin qeyd edib ki, Ermənistanda Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qanunun qəbul edilməsi Rusiyada narahatlıq yaradıb.
"Bu qərar özlüyündə Ermənistanın hüququdur. Lakin Ermənistan Avrasiya İqtisadi İttifaqının bir hissəsidir və bunlar fərqli standartlardır", - o deyib.
Vladimir Putin vurğulayıb ki, Rusiya Aİ və Avrasiya İqtisadi İttifaqının tarixi perspektivdə eyni standartlara sahib olmasını istəyərdi.
"Və o zaman bu, geniş iqtisadi məkan olardı. Lakin buna indi nail olmaq mümkün deyil", - Putin əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 04 İyun 2026 21:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















